Konstantin Lvoviç Knijnikov (; ) — sovet opera müğənnisi (dramatik bariton), professor, Azərbaycan SSR xalq artisti (1940).

Həyatı Konstantin Lvoviç Knijnikov 20 may 1883-cü ildə Voronej quberniyasının Staraya Kriuşa kəndində anadan olmuşdur. Təhsilini Moskva Universitetində və Moskvada A. Şpigelin Teatr Studiyasında almışdır. Səhnə fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburqda başlamış, həmin ildən 1916-cı ilədək buradakı musiqili dram teatrının solisti olmuşdur. 1916–1929-cu illərdə SSRİ-nin müxtəlif teatrlarında fəaliyyət göstərmişdir. 1929–1946-cı illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.

Konstantin Knijnikov səhnədə 1946-cı ilədək çıxış etmişdir. O, ömrünün sonunadək pedaqoji fəaliyyət göstərərək bir sıra elmi əsərlər yazmış və 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuşdur. Müğənni 1 noyabr 1952-ci ildə Bakıda vəfat etmişdir.

İfa etdiyi əsas partiyalar Dramatik bariton səsli Konstantin Knijnikov bir sıra operalarda müxtəlif partiyalar ifa edib:

Qryaznoy ("Çar gəlini", Nikolay Rimski-Korsakov) Boris Qodunov ("Boris Qodunov", Modest Musorqski) Amonasro, Yaqo, Riqoletto ("Aida", "Otello" və "Riqoletto", Cüzeppe Verdi) Həsən xan ("Koroğlu", Üzeyir Hacıbəyov) Telramun ("Leonqrin", Rixard Vaqner) Eskamilyo ("Karmen", Jorj Bize) Tomski və Yeletski ("Qaratoxmaq qadın", Pyotr Çaykovski) Troyekurov ("Dubrovski", Edvard Napravnik) Baş möbid ("Samson və Dalila", Şarl Kamil Sen Sans)

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946 "Şərəf nişanı" ordeni

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri