Pol D'Esturnel de Konstan (; ) — Fransız diplomatı və ictimai xadimidir.

Fransa ilə qonşu ölkələr arasında arbitraj müqavilələri bağladığı üçün ona verilən 1909-cu il Nobel mükafatı laureatıdır. Fransızdır. Elə həmin il onunla bərabər Belçikalı Ogüst Beyernar da Mükafat aldı.

Karyerası Fransız diplomatı, sülh müdafiəçisi, pasifist. Bütün ömrünü müxtəlif ölkələrdə diplomatik xidmətə və Avropa dövlətlərinin dinc qonşuluğunun qurulmasına həsr etmişdir. Silahların məhdudlaşdırılmasına dair 1899-cu il konfransı da daxil olmaqla bir sıra beynəlxalq konfranslarda iştirak etmişdir. 1918-ci ildə Millətlər Birliyinin fikir və layihəsinin əsas inkişaf etdiricilərindən və tərəfdarlarından biri olmuşdur.

Bioqrafik faktlar Kübar bir ailədən idi. Elmi dərəcələri vardı. Geniş maraqları olan bir adam idi — Qədim Yunanıstan haqqında bir kitab, Piqmalion mifinə əsaslanan pyes yazmışdı. Birinci Dünya müharibəsi dövründə, pasifist olmasına baxmayaraq, vətəni Fransaya bacardığı qədər kömək etdi — ailə qalasını xəstəxanaya çevirdi, alman sualtı qayıqlarına qarşı təsirli tədbirlər tapmağa çalışdı.

İstinadlar

Həmçinin bax Ogüst Beyernar

Mənbələr http://nobmir.org.ru/page.php?id=119 Информация на сайте Нобелевского комитета

Kateqoriya:Pasifistlər Kateqoriya:Fransa diplomatları Kateqoriya:Fransalı Nobel mükafatı laureatları Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri