Cozef Erlanqer () — Amerika fizioloqu, elektrofiziologiyanın banilərindən biri. Nobel mükafatı laureatı.

Əsas əsərləri sinir hüceyrələrində və liflərində bioelektrik hadisələrinin öyrənilməsinə həsr edilmişdir. Birinci olaraq katod osilloqrafından istifadə etmiş və onun qeydiyyatı üçün orijinal metod işləyib hazırlamışdır. Arterial təzyiqin və ürəkdə qan dövranının qansız qeyd olunması üsulunu tətbiq etməklə ürək-damar fiziologiyasına mühüm töhfələr vermişdir. Ürək blokadasının mahiyyətini öyrənmişdir.

Əsərləri

İstinadlar

Kateqoriya:Almanəsilli amerikalılar