Mariya Ohisalo () — finlandiyalı dövlət və siyasi xadim, "Yaşıl İttifaq" Partiyasının sədri, Finlandiya Parlamentinin deputatı və Finlandiyanın daxili işlər naziri.

Həyatı Mariya Ohisalo 1985-ci il martın 8-də Helsinki şəhərində anadan olub. Onun atası alcohol audəçisi idi. Buna görə də o və anası bir il sığınacağda yaşayıblar. Daha sonra onun valideynləri boşandı, anası isə yenidən evləndi.

2004-cü ildə orta təhsilini başa vuran Mariya Ohisalo, universitetə daxil olub. O, 2004–2009-cu illərdə Helsinki Universitetində sosial elmlər üzrə ali, 2009–2011-ci illərdə Helsinki Universitetində sosial elmlər üzrə magistr dərəcəsi alıb. 2017-ci ildə isə Mariya Ohisalo Şərqi Finlandiya Universitetində sosiologiya üzrə Ph.D dərəcəsi alıb.

Siyasi fəaliyyəti Mariya Ohisalo 2008-ci ildə "Yaşıl İttifaq" Partiyasının sıralarında üzv seçildi. 2015-ci ilin iyununda isə o, partiyanın sədr müavini seçildi. 2017-ci ildə Ohisalo partiya sədri vəzifəsinə namizəd oldu. Səsvermə nəticəsində Touho Aalto qalib gəldi, Ohisalo isə sədr müavini seçildi. 2018-ci ildə Touho Aaltonun uzun sürən depressiyadan səbəbindən sədr vəzifəsindən istefa verdi, Ohisalo isə 2018-ci ilin noyabr ayına qədər sədr vəzifəsini icra etdi. 2019-cu il iyunun 15-də Mariya Ohisalo "Yaşıl İttifaq" Partiyasının sədri vəzifəsinə seçildi.

Mariya Ohisalo 2014-cü ilin may ayında baş tutan Finlandiya üzrə Avropa Parlamentinə seçimlərdə namizə oldu və 3.090 səs topladı.

2015-ci il aprelin 19-da baş tutan Parlament seçimlərində namizəd olsa da, 4.048 səs topladı və seçilə bilmədi. 2019-cu il aprelin 14-də baş tutan Parlament seçilərində isə 11.798 səs topladı və Finlandiya Parlamentinin deputatı seçildi.

2019-cu il iyunun 6-dan Finlandiyanın daxili işlər naziridir.

İstinadlar

Kateqoriya:XXI əsr siyasətçiləri