Hacı Yusif ağa Muğanlı (1769-1829) — Qarabağ əyanı, divanbəyi, quberniya katibi.

Həyatı Hacı Yusif ağa Rəhim ağa oğlu 1769-cu ildə Qarabağın Dəmirçihəsənli mahalının Muğanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Şəhərə köçmüş, İbrahimxəlil xan Cavanşirin divanxanasında xidmət etmişdi. Üstün xidmətlərinə görə xandan mülk kimi oba və kənd almışdı. Şuşa şəhəırində və kəndlərdə rəiyyətlərə yiyələnmişdi.

Hacı Yusif ağa Muğanlı rus üsul-idarəsi dönəmində divanbəyi işləmişdi. Quberniya katibi mülki çini almışdı. O, 1829-cu ildə vəfat edib.

Adına Şuşa şəhərində Hacıyusifli adlı məhəllə vardı.

Ailəsi Hacı Yusif ağanın Məhəmməd ağa, Rəhim ağa adlı oğulları, Quba xanım, İmmi xanım, Bədir xanım, Şəkər xanım, Şirin xanım, Hürzad xanım adlı qızları vardı.

Mirzə Hüseyn bəy Saların babasıdır.

Mənbə Ənvər Çingizoğlu. Muğanlılar. Bakı: "Soy" dərgisinin xüsusi buraxılışı, 2008, 128 səh.

Həmçinin bax Qarabağ xanlığı

Kateqoriya:1769-cu ildə doğulanlar Kateqoriya:1829-cu ildə vəfat edənlər