Süt qardaşlar - rejissorluğunu Ertem Əyilməzin üstləndiyi, Hüseyn Rəhmi Gürpınarın "Qulyabani" adlı romanı əsasında çəkilmiş 1976-cı il türk filmi.Süt qardaşlar
Mövzusu İllərdir heç kəsin sahib ola bilmədiyi malikanənin sahibi Mələk xanım süt oğlu Şaban zənn edərək Şabanın dostu Ramazanı evə alır. Amma əsəbi qardaşı Hüsaməddinə Ramazanı kürəkəni Bayram olaraq tanıdır. Malikanəyə həqiqi Şaban və həqiqi Bayramın gəlməsiylə işlər qarışır. Bayramın bacısı Bihtərə aşiq olan Şaban onun ardınca dolaşır. Bayramın atasının evə qulyabani gətirməsiylə işlər daha da qarışır. Məsələni həll edən Şaban, kürəkən Bayram və Ramazan medalla təltif olunur.
Aktyorlar və rollar
Kamal Sunal - Şaban Şənər Şən - Hüsaməddin Adilə Naşit - Mələk Halit Ağcatəpə - Ramazan Halə Soyqazi - Bihtər Ayşən Qruda - Əminə Ergin Orbəy - Bayram Jalə Altuğ - Afifə Yasəmən Əsmərgül - Yasəmən Əli Şən - Kərami bəy Türkər Təkin - eşikağası Dinçər Çəkməz - çavuş Firudin Çölkeçən - Sərraf əfəndi
Çəkiliş yerləri Filmin çəkilişləri İstanbulda Yeşilköydəki Simenoğlu malikanəsində həyata keçirilmişdir. Xüsusən Arzu filmin komediya filmlərinin çəkildiyi bu malikanə 1979-cu ilə qədər sinemaya xidmət etdi.Türk sinemasının ən önəmli platolarından: Simenoğlu malikanəsi Əli Şənin canlandırdığı Kərami bəy və ailəsinin yaşadığı malikanə səhnələri üçün Sarıyerin Yeniköy səmtindəki Səid Həlim Paşa yalısından istifadə olunmuşdur.
Həmçinin bax
Tosun Paşa
İstinadlar
Kateqoriya:Türkiyə filmləri Kateqoriya:Tarixi komediya filmləri Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:1976-cı ilin filmləri Kateqoriya:İstanbulda çəkilən filmlər