Şərqi Zəngəzur iqtisadi rayonu ― Azərbaycanın 14 iqtisadi rayonundan biri.

Ərazisi Şərqi Zəngəzur iqtisadi rayonun tərkibinə aşağıdakı rayonlar aid edilib: +S/SRayonStatistik koduİqtisadi rayon kodu1Cəbrayıl605000016052Kəlbəcər601000016013Laçın602000016024Qubadlı603000016035Zəngilan60400001604 Şərqi Zəngəzur iqtisadi rayonunun sahəsi 7448 km²-dir.

Tarixi 1993–2020-ci illər arasında ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. İkinci Qarabağ müharibəsini sonlandıran 9 noyabr bəyanatından sonra tamamilə azad olunmuşdur.

Ərazisinin böyük hissəsi 2021-ci ilə kimi Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil idi. 7 iyul 2021-ci ildə Azərbaycan prezidentinin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanına əsasən yaradılmışdır.

2022-ci ildə Azərbaycanla İran arasında "İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" imzalanmışdır. Azərbaycan tərəfi bu layihəyə quru və dəmir yolları, həmçinin elektrik xətlərinin daxil olduğunu bildirmişdir.

İqtisadiyatı Rayonun əlvan metallurgiyanın inkişafı üçün potensialı vardır. Ərazisində qızıl, civə, xromit, mərmər, perlit, üzlük tikinti daşları koral, və s. faydalı qazıntı ehtiyatları vardır.

Rayon coğrafi mövqeyinə və tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Tarixi memarlıq abidələri siyahısına Gəncəsər, Ağoğlan monastırları, Gürcülü, Məmmədbəyli türbələri, Xudafərin körpüsü və s. aiddir.

İstinadlar

Kateqoriya:Azərbaycan iqtisadi rayonları Kateqoriya:Şərqi Zəngəzur iqtisadi rayonu