thumb| Təbiət parkının çimərliyi Çilinqoz Təbiət Parkı () ― Türkiyənin İstanbul ilinin Çatalca ilçəsində yerləşən təbiət parkı.
Park Qara dəniz sahilində, İstanbulun şimal-qərbində yerləşən Çatalça ilçəsinin Binkılıç qəsəbəsində 17,75 hektarlıq ərazini əhatə edir. 2011-ci ildə yaradılmış təbiət parkını özündə birləşdirən bölgə 2005-ci ildə zəngin flora və faunasına görə Vəhşi Həyatı Qoruma Sahəsi elan edilmişdir. Bu səbəbdən bölgədə ov davamlı olaraq qadağandır.
Təbiət parkı çimərlik, meşə və göl ekosistemlərini özündə birləşdirən körfəzdə yerləşir. Parkın şimalında uzunluğunda və enindəki zərif qumlu geniş çimərlik mövcuddur. Ərazidəki Çilinqoz kriki şimala doğru axaraq Qara dənizə tökülür və burada qumlu- allüvial mənsəb yaradır. Çay həmçinin burada qamışla əhatə olunmuş böyük bir göl də əmələ gətirir.
Təbiət parkı ziyarətçilər üçün düşərgə, balıq ovu, gəzintivə piknik kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir. Ərazidə ziyarətçilər üçün restoran və qəlyanaltı barı fəaliyyət göstərir. Parkda 60 çadır kirayəyə verilir və düşərgə mövsümü sentyabrın ortalarına qədər davam edir. Təbiət parkının yaxınlığında, Yalıköydə rahat mənzillər mövcuddur.
Ekosistem
Flora left|thumb| Təbiət parkındakı ağaclar Təbiət parkı zəngin bitki örtüyünə sahibdir. Ərazidəki ağac növlərinə şərq fıstığı (), Alnus orientalis,Carpinus betulus və Avstriya palıdı () daxildir. Kol birkilərinə Pontiya rododendronu (), tikanlı bigəvər (), adi mərsin, (), nəcib dəfnə (), Erica arborea, irimeyvə çiyələkağacı (), böyürtkən () və Cortaderia selloana daxildir. Qumlu ərazilərdə müşahidə olunan bitkilər çöl zımbırtikanı (), boyaq alkannası () və Onosma taurica kimi növlərdir.
Fauna Təbiət parkında müxtəlif quş növlərinin populyasiyası mövcuddur. Bunlara qarabatdaq, meşə çilingdimdiyi, qırğı, yapalaq, ağacdələn, qaratoyuq və leylək daxildir. Parkın məməliləri maral, cüyür, tülkü, meşə dələsi, canavar, çaqqal, sincab, kirpi, dovşan və köstəbəkdir.
İstinadlar
Kateqoriya:2011-ci ildə Türkiyədə yarananlar Kateqoriya:2011-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyədəki təbiət parkları Kateqoriya:Türkiyənin Əhəmiyyətli Quş Bölgələri Kateqoriya:Yıldız dağları