Boraboy gölü ( və ya Kocabey Gölü) ― Türkiyənin Amasya ilində yerləşən uçqun-bənd mənşəli göl. Göl və ətrafı 2014-cü ildə təbiət parkı elan edilmişdir.

Coğrafiya Boraboy gölü Amasya vilayətinin Taşova ilçəsində olan Boraboy kəndinin qərbində yerləşir. Göl Taşovadan , Amasyadan isə məsafədədir.

Göl Pont dağlarındakı yüksək, şərq-qərb yönümlü vadidə, yüksəklikdə yerləşir. Boraboy gölü sürüşmə nəticəsində Çatağın çayının (Boraboy çayının bu hissəsi belə adlanır) önünün bağlanması ilə meydana gəlmişdir. Göl üzərində bənd tikilmişdir və göl səviyyəsinin yağış və ya ani qar əriməsi nəticəsində hədsiz dərəcədə yüksəldiyi vaxt suyun bir hissəsi boşaldılır.

Göl uzunluğundadır və maksimum eni -dir. Gölün ümumi sahəsi 4 hektardır. Boraboy gölünün maksimum dərinliyi -dir. Boraboy gölünün səthi qışda buz bağlayır.

Təbiət parkı Göl 2014-cü ildə Türkiyənin Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 259 hektar ərazini əhatə edir və əsasən dövlətə məxsus meşədən, kiçik bir hissəsi isə əkinçilik sahəsindən ibarətdir. Təbiət parkının orta yüksəkliyi , ən yüksək yeri isə yüksəkliyindəki Kaleboynu təpəsidir.

Təbiət parkının şimal yamaclarındakı ümumi ağac növləri şərq fıstığı (), qara şam (), adi şam (), Avstriya palıdı () və digər endemik palıd növləridir. Parkın cənub yamacları əsasən kolluqlarla örtülüdür.

Gölün şimal sahili daha az meyllidir və piknik üçün uyğun yerdir. Təbiət parkı gəzinti, motokros, off-road, vəhşi təbiət fotoqrafiyası kimi açıq hava istirahət fəaliyyətlərini təklif edir. Ərazidə Meşə Nazirliyi və Borabay şəhər bələdiyyəsinin bəzi yaşayış obyektləri var.

2017-ci ilə olan məlumata görə həmin il milli parkı 70 000 nəfər ziyarət etmişdir.

İstinadlar

Kateqoriya:2014-cü ildə Türkiyədə yarananlar Kateqoriya:2014-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyədəki təbiət parkları Kateqoriya:Türkiyə gölləri Kateqoriya:Torpaq sürüşməsi gölləri