Kapitol Hillin sirli soda avtomatı () – ABŞ-nin Sietl şəhərinin Kapitol Hill bölgəsində yerləşən Coke avtomatı. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərən avtomat 2018-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdır. Avtomatın kim tərəfindən idarə edildiyi naməlumdur.

Təsvir thumb|"? mystery ?" düymələrindən biri. Avtomatın üstündə 6 ədəd "? mystery ?" () düyməsi vardı və düymələrin birinə basdıqda nadir içki konservləri düşürdü. Bu içkilər həm artıq ABŞ-da əldə oluna bilməyən, həm də 1980-cı illərdən satılmayan nadir içkilər idi. Məsələn, bu sirli avtomat vasitəsilə "Mountain Dew White Out", moruq dadlı "Nestea Brisk", "Hawaiian Punch", üzümlü "Fanta", "Vanilla Cokes", "Black Cherry Frescas" və "Sunkist Cherry Limead" kimi çox nadir içkiləri əldə etmək olurdu. Avtomatın qabağında yerləşən çilingər dükkanı avtomatın kim tərəfindən idarə edildiyini bilmədiyini bildirmişdir.

Tarix 2018-ci ilin yanvarında Sietldə qəbul edilən şəkərli içki vergisindən sonra avtomatdan istifadə qiyməti 0,75 dollardan 1 dollara qalxmışdır.

2018-ci ilin iyununda avtomat müəmmalı şəkildə yoxa çıxmışdır və avtomatın Facebook səhifəsində belə bir post paylaşılmışdır: "Bir az gəzintiyə çıxacam, özümü tapmalıyam. Hətta duş ala bilərəm". Avtomatın istifadə olunduğu relslərin yaxınlığında "Gəzintiyə çıxıb" yazılmış qeyd tapılmışdır. Bu zaman avtomatın Facebook səhifəsi soda avtomatının meşədə və Maçu Piçuda olan fotoşoplanmış şəkillərini paylaşmışdır.

İstinadlar

Kateqoriya:İçkilər Kateqoriya:Açıqlanmamış qeybolmalar Kateqoriya:Sietl Kateqoriya:İndividual əşyalar Kateqoriya:Satış avtomatları Kateqoriya:2018-ci ildə ləğv olunanlar