Futbol üzrə 5-ci Avropa çempionatı — final turniri 1976-cı il 16-20 iyun tarixində Yuqoslaviyanın Belqrad və Zaqreb şəhərlərində keçirilən futbol yarışı.

Bu çempionatın qalibi adına Çexoslovakiya millisi layiq görülmüşdür. Finalda həlledici qol 11 metrlik cərimə zərbələri zamanı Antonin Panenkanın vurduğu top olmuşdur. Sonralar bu cür vurulan 11 metrlik cərimə zərbələri "Panenkasayağı zərbə" adlanmışdır. UEFA Avro 1976-nın final turniri dörd oyundan - iki 1/2 oyunundan, üçüncü yer uğrunda oyundan və final oyunundan ibarət olan sonuncu turnir idi.

Maraqlıdır ki, final turnirindəki hər dörd oyunda əlavə vaxt təyin edilmişdir. UEFA Avro 1976-nı bir növ sensasiyalı çempionat da adlandırmaq olar. İtaliya, İspaniya, İngiltərə, Fransa, Macarıstan, Polşa və SSRİ kimi güclü milli komandalar final turnirinə düşə bilməmişlər. O illərdə Macarıstan və Polşa milliləri güclü komandalar hesab edilirdi. Hətta Polşa millisi FİFA Dünya Kuboku 1974-ün bürünc mükafatçısı idi.

İştirakçılar

Şəhərlər və stadionlar <center> {| class="wikitable" style="text-align:center" |- ! Belqrad ! Zaqreb |- | Srvena Zvezda | Maksimir |- | Tutumu: 54 000 | Tutumu: 45 000 |- | 150px | 150px |- !colspan="6" ||}

Seçmə mərhələsi oyunları

Komandaların heyətləri

Final turniri

1/2 final

3-cü yer uğrunda oyun

Final

1976 Avropa çempionuBirinci titul

Bombardirlər 4 top Diter Müller 2 top Draqan Caiç Rud Gels

Simvolik yığma komanda Q İvo Viktor M Yan Pivarnik M Rud Krol M Yaroslav Pollak M Anton Ondruş M Frants Bekkenbauer Ym Rayner Bonhof Ym Antonin Panenka Ym Draqan Caiç H Zdenek Neqoda H Diter Müller Mənbə: UEFA

İstinadlar

Xarici keçidlər RSSSF saytında çempionatın statistikası UEFA Avropa çempionatlarının tarixi. 1976. Yuqoslaviya Avro 1976 UEFA-nın saytında

Həmçinin bax

Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:Yuqoslaviyanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:1976-cı ildəki hadisələr Kateqoriya:1976-cı ildə Yuqoslaviya Kateqoriya:1975/1976 mövsümündə Avropada futbol Kateqoriya:1975/1976 mövsümündə Yuqoslaviyada futbol Kateqoriya:Yuqoslaviya tarixi