Sambın Qonçiksumla (; ) — Monqolustan bəstəkarı və dirijoru.
Həyatı Sambın Qonçiksumla 18 fevral 1919-cu il tarixində Monqolustanın Bayanxonqor şəhərində anadan olmuşdur. O, Ulan-Bator və İrkutsk şəhərlərində təhsil almışdır. Təhsilini tamamladıqdan sonra Qonçiksumla Monqolustanda tərcüməçi, müəllim və baytar olaraq çalışmışdır. O, 1943–1950-ci illərdə Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq və dirijorluq ixtisası üzrə təhsil almışdır. Qonçiksumla 1960-cı ilə qədər Ulan-Bator Dövlət Musiqili Teatrının dirijoru olmuşdur. Bir neçə opera və balet, simfoniya, fortepiano əsərləri və mahnıların müəllifidir. Sambın Qonçiksumla 25 fevral 1991-ci il tarixində, 72 yaşında Ulan-Bator şəhərində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Monqolustan musiqiçiləri Kateqoriya:XX əsr bəstəkarları