Tərzibaşı Əta Ömər oğlu — kərküklüAZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI II kitab (İRAQ-TЦRKMAN CİLDİ) səh.41 ədəbiyyatşünas, tənqidçi, publisist, folklorşünas, musiqişünas, jurnalist, dilçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994), Türk Dil Qurumunun fəxri üzvü"İraq bizə iraq deyil", "Bakı" nəşriyyatı, 2002. səh.25–26..

Həyatı Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. 1946–1950-ci illərdə Bağdad Universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Kərkükdə vəkilliklə məşğul olmuşdur. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru kimi fəaliyyət göstərmişdir. "Afaq" və "Kərkük" qəzetlərinin yazarlarından olub. 1959-cu ilin 22 martında İraqın Hillə şəhərinə sürgün edilib. Hər il İraq-türkman nadisində (mədəniyyət klubunda) ali məktəbə daxil olan türkman gəncləri üçün şənlik düzəldərdi. İraqda siyasi vəziyyətin qeyri-sabitliyini nəzərə alan Əta Tərzibaşı AMEA-nın fəxri üzvü olmaqdan imtina etmişdir. Ailə həyatı qurmamışdır.

Yaradıcılığı İraq türkmanlarının folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük xidmət göstərmişdir. Onun "Kərkük xoyratları və maniləri", "Kərkük şairləri", "Kərkük havaları" və başqa əsərləri yeni bir cığır açmışdırQardaşlıq dərgisi (Kərkük vəqfi), № 3,2004, s 18. "Kərkük xoryatları və maniləri" sanballı kitabının iki cildində xoryat və manilər barədə elmi araşdırmaları verilmişdir,. 60-cı illərdən başlayaraq nəşr etdirdiyi çoxcildli "Kərkük şairləri" kitabında İraq-türkman şairlərinin həyat və yaradıcılığı haqqında yığcam məlumat və əsərlərindən nümunələr vermişdir,. Onun Qazi Bürhanəddin, Cahanşah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Məhəmmədhüseyn Şəhriyar, Hicri Dədə və b. haqqında elmi araşdırmaları çap olunmuşdur. Əta Tərzibaşı Məhəmməd Füzulinin irsini də dərindən tədqiq etmişdir. Kərküklü alim müxtəlif illərdə nəşr etdirdiyi məqalələrlə Məhəmməd Füzulinin həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə işıq salmışdır Orxan İsayev "Əta Tərzibaşının Məhəmməd Füzuliyə aid tədqiqatları", "Gənc tədqiqatçı" jurnalı, 2022, VIII cild, № 1, səh.173–180. Əta bəy elm aləmində ilk dəfə Füzulinin Kərkükdə doğulması fikrini irəli sürmüşdür(Necat Kevseroğlu. "Ata Terzibaşı. Füzuli hakkında yazılar", İstanbul, 2016, Şenyıldız Matbaacılık. S.54. Tərzibaşının Füzuli haqqında yazdığı "Füzulinin ərəbcə qəsidələri", "Füzulinin yayımlanmamış bir müləmması", "Məktublaşma ədəbiyyatı və Füzulinin bir qəzəli" və s. məqalələr füzulişünaslıqda böyük maraqla qarşılanmışdır."Kərkük havaları" kitabında musiqi irsi tədqiq olunur.

Azərbaycan dili haqqında fikirləri

Türkmənlərin bugünkü ədəbiyyat dili ümumiyyətlə sadələşmiş Osmanlı türkcəsi olmaqla bərabər, danışıq dili xalq şeiri və musiqisi də tamamilə Türkməncədir. Bu ləhcə bəzi vacib olmayan regional dialekt fərqləriylə Azərbaycan və Cənub-şərqi Anadolu xalqının ləhcələrinə çox yaxındır. Bizim türkman ləhcəsi Azərbaycan ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə biri-birindən xəbərsiz gəlişdikləri halda aralarında fərqlər bilinməmişdir Ata Terzibaşının makaleleri. Ankara,2018

Kitabları "Kərkük xoryatları və maniləri" I cild, 1955 "Kərkük xoryatları və maniləri" II cild, 1956 "Kərkük xoryatları və maniləri" III cild, 1957 "Kərkük atalar sözü" "Kərkük şairləri" 13 cilddə "Şərqilər və türkülər" (Bağdad, 1953), "Kərkük havaları" (Bağdad, 1961, 1989), "Kərkük əskilər sözü" "Arzu Qənbər" dastanı (Bağdad, 1964) "Kərkük mətbuat tarixi" 1879–1985 "Füzuli haqqında yazılar" tərtib edəni Nicat Kövsəroğlu, Füzuli haqqında yazılar. Matbaacılık, İstanbul,2016 "Ərbil şairləri" III cilddə.

Məqalələri Cahanşahın türkcə şeirləri Füzulinin ərəbcə qəsidələri Heca vəzni və gənc şairlərimiz İraq-Türkman ədəbiyyatına toplu bir baxış Musiqi həyatımıza bir baxış Yazı dili, qonuşma diliYazı dili, qonuşma dili. "Qardaşlıq" dərgisi, № 4, Bağdad, 1962 Şəhriyar Şimali Azərbaycanda türkmanoloji araşdırmalar.

Həmçinin bax Q. Paşayev. Bir ömürdən səhifələr. "Arzu-Qəmbər" dastanı, Bakı, 1971, s 9. Qardaşlıq dərgisi, № 23, İstanbul, 2004, s 21 Dəmirçizadə Ə. M. Azərbaycan ədəbi dilinin inkişaf yolları

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:İraq türkmanları