Ms. Natsuki Kato and Nozomi Sasaki become the "Akita Beauty Country Ambassadors" , in Japanese, November 29, 2010, Akita Prefecture – Yaponiya qlamur modeli və keçmiş dəb modeli.Yahoo Profile

Yeddi il dəb modeli kimi işlədikdən sonra qravür idolu kimi məşhurlaşmış, 2009-cu ildən "Dream" qarışıq döyüş sənətləri turnirinin və "K-1" kikboksinq yarışının şərhçilərindən biri olmuşdur.Nikkan Sports March 24, 2009 Nikkan SportsNifty Profile Nifty

2008-ci ildən bəri 8 fotokitab və 3 DVD buraxmış, bir çox televiziya, jurnal və reklamlarda görünmüşdür. Dəb və kosmetika reklamları ilə yanaşı Coca-Cola şirkətinin yaşıl çay məhsulları, Suntory firmasının 3 içki məhsulu, So-net, Willcom, Fujifilm, Kao, Rohto Pharmaceutical şirkətlərinin reklamlarında oynamışdır. Seiko şirkəti Tisse brendini ona həsr etmişdir. 2010-cu ilin iyununda ona həsr olunmuş Cotton Cloud aksessuar brendi yaradılmış və Haracukuda ilk mağazası açılmışdır.

2010-cu ildə musiqi karyerası başlamış və sinqlı ilə debüt etmişdir. Bu sinql Lotte Fit firmasının saqqız reklamlarında istifadə olunmuşdur. Sasakinin debüt albomu olan "Nozomi Collection" 18 aprel 2012-ci ildə buraxılmışdır.

2017-ci ildə komediyaçı və aparıcı Ken Vatabe ilə evlənmişdir. Cütlüyün bir uşağı var. Nikkan Sports 2018-09-13

Karyerası Model Modellik karyerasına 14 yaşında başlamışdır. Kolleksiyalar, eləcə də, dəb və kosmetika reklamları üçün modellik etmişdir. Növbəti illərdə "Pinky" jurnalı üçün modellik etmişdir. 2007-ci ilin iyulunda Emi Suzuki ilə birlikdə "Pinky" jurnalının üzlüyündə yer almışdır.

İddialara görə həmin dövrdə Sasaki modellik karyerasını başa çatdırmaq istəsə də, Suzuki onu kəşf etmiş və reklam modelliyi sahəsinə cəlb edən şəxs olmuşdur.Flash, Kobunsha, March 2010 No. 3, Sec 21, "Stick with Nozomi Sasaki, the Gravure Queen of the Year"

Sasaki "Pinky", "Non-no", "Oggi" jurnallarının modeli olmuşdur. Hazırda isə "With" jurnalı üçün modellik edir.

Qravür Müəyyən çəki əldə etdikdən sonra 2005-ci ildə "Young Jump" həftəlik manqa jurnalında qlamur model (qravür idol) kimi debüt etmiş, daha sonra 2006-cı ildə "Pinky" dəb jurnalının qravür idolu olmuşdur. 2007-ci ilin mayında "Young Jump" jurnalının üzlüyündə yer almışdır.

2008-ci ilin avqustunda "Nozomi" adlı ilk fotokitabını,"Nozomi Sasaki releases her photobook with an unusual bonus" Oricon 2009-cu ilin sentyabrında isə "Weekly Young Jump Premium DVD: nozomi" adlı ilk DVD-sini buraxmışdır. 2009-cu ildə ikinci DVD-si "Dolly" və iki fotokitabı ("Nozomi Sasaki mələk sevgisində" və "Non") buraxılmışdır.

2010-cu ildə dördüncü fotokitabı olan "Prizma"nı buraxmışdır."History of Nozomi Sasaki" , in Japanese, Oricon Döş ölçüləri qravür idol karyerası üçün çox kiçik olsa da, artıq 2010-cu ildə çox uğurlu qravür idola çevrilmişdir.Maomi Yuki reaches number-one in the "poor-breasts popularity" ranking, after surpassing Nozomi Sasaki December 13, 2010 Shukan Jitsuwa

Hımin dövrdə onun kimi modellərə çox vaxt yer verməyən "Non-no" dəb jurnalında görünməyə başlamışdır. Peşəkar modeldən çox qravür idol kimi məşhurlaşdıqdan sonra jurnalın yaz kolleksiyasında tez-tez görünmüş və jurnalın üzlüyündə yer almışdır. Jurnala qatılmasından sonra jurnalın tonu dəyişmiş, hətta tənqidçilər Nozomi Sasakinin jurnalı məhv etdiyini iddia etmişdirlər.Entertainment News Topic It 2010 3/15 Nifty

Televiziya, film, nəşrlər thumb|left|"Konq: Kəllə adası" filminin qırmızı xalça mərasimində. Sasaki 2009-cu ildən bəri 10-dan çox televiziya verilişində və 20-dən çox televiziya reklamında görünmüşdür. Onun televiziyada ilk böyük performansı Lotte firmasını Fit's saqqızlarının reklamında olub. Onun reklamda ifa etdiyi rəqs məşhur olmuş, şirkət ilk beş ayda 40 milyondan çox saqqız satmışdır.Excite Gendai Net 10/01/28 (copy)

2009-cu ilin martında Sasaki Yaponiya Jurnal Nəşriyyatları Assosiasiyasının bir kampaniyasının siması seçilmişdir. Həmin ilin iyul-avqust aylarındakı bu kampaniya zamanı 300-dən çox jurnalda görünmüş, kitabxana və kitab evlərindəki 30.000-dən çox posterdə, Tokio qatarlarındakı 100.000-dən çox posterdə yer almışdır."Nozomi Sasaki becomes the image character for the Magazine Reading Campaign, invading 300 magazines" , in Japanese, March 2, 2009 Oricon

"Yaraşıqlı kostyum" filmindəki kiçik rolu ilə aktrisa kimi debüt etmişdir. 2009-cu ildə "Mələk sevgisi" filmində ilk dəfə baş rollardan birini canlandırmışdır."From Miho Tanaka to Nozomi Sasaki, ex-model actresses are hot now!" , in Japanese, November 16, 2009, MovieWalker Film Yaponiyada uğur gətirmiş və onu aktrisa kimi məşhurlaşdırmışdır. 2010-cu ildə "Doyo qızı" serialında liseyin sumo komandasına məşqçilik edən bir modeli canlandırmışdır. Bu, onun bir serialdakı ilk baş rolu olmuşdur."Nozomi Sasaki takes her first lead role with 'Dohyo Girl!'!" , in Japanese, June 29, 2010, Livedoor

2017-ci ildə çəkilmiş "Konq: Kəllə adası" filminin yaponca dublajı üçün əsas personajlardan birini dublaj etmişdir.

Biblioqrafiya Jurnallar Pinky, Shueisha, 2006-2009-cu illərdə ekslüsiv model. Non-no, Shueisha, 2010-13-cü illərdə mütəmadi model. Oggi, Shogakukan, 2010-cu ildən mütəmadi model. With, Kodansha, 2013-cü ildən mütəmadi model.

Fotokitablar Nozomi (1 avqust 2008, Shueisha) Nozomi Sasaki Mələk sevgisində (31 oktyabr 2009, Kadokawa) Non (21 noyabr 2009, Shueisha) Prizma (30 mart 2010, Gentosha) Nozokimi (iyul 2010, Gentosha) Non♡non (1 dekabr 2011, Shueisha) Sasakiki (5 sentyabr 2013, Shueisha) Kakuşiqoto (26 sentyabr 2016, Kodansha)

Diskoqrafiya Sinqllar feat. Astro (21 iyul 2010, Sony Music Japan)Kamu to Funyan feat. Astro - Nozomi Sasaki on Oricon feat. Pentaphonic (24 noyabr 2010, Sony Music Japan)Jin Jin Jingle Bell feat. Pentaphonic - Nozomi Sasaki on Oricon (26 oktyabr 2011, Sony Music Japan)Happy Beep Happy Beep Happy Beep Po - Nozomi Sasaki on Oricon

Albomlar Nozomi Collection (18 aprel 2012, Sony Music Japan)Nozomi Collection - Nozomi Sasaki on Oricon

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər Rəsmi profili Top Coat saytında. Rəsmi Sony Music Japan səhifəsi

Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Yaponiyanın qadın pop müğənniləri Kateqoriya:İdman şərhçiləri Kateqoriya:Uşaq aktyorlar