Şamil Saidbeqoviç Asildarov (; ) — hücumçu mövqeyində çıxış etmiş keçmiş Rusiya futbolçusu. Rusiya idman ustası, "Anji" klubunun vitse-prezidenti.
Karyerası Dağıstan futbolunun yetirməsi. Semyon Valyavski onun ilk məşqçisi olmuşdur. Professional oyunçu karyerasına 2000-ci ildə ikinci liqanın "yuq" zonasının "Dinamo Mahaçqala" klubunda başladı. Klubda keçirdiyi beş il ərzində 165 oyuna çıxdı və 93 qol müəllifi oldu. Klub ilə birlikdə 200 -cü ildə ölkənin birinci divizionunda oynamaq hüququnu qazandı və eyni zamanda rəqib qapısına 31 qol vuraraq mövsümün ən yaxşı bombardiri oldu.
2005-ci ildə "Dinamo"nu tərk edərək, "Ximki" adlı moskvaətrafı klubu ilə müqavilə imzaladı, orada bir mövsüm ərzində cəmi doqquz oyuna çıxdı və 4 qol vurmağı bacardı. Növbəti mövsüm, klubun baş məşqçisi Pavel Yakovenkonun dəvəti ilə "Kuban Krasnodar"ın heyətinə qatıldı və yarımil ərzində 20 matçda 18 qol vuraraq birinci divizionun bombardirləri siyahısına başçılıq etdi.
Asildarovun Kubandakı uğurlu çıxışları Rusiya futbolunun liderlərinin diqqətini çəkdi və 2006-cı ilin avqust ayında "Lokomotiv Moskva" ilə müqavilə bağladı. Asildarovun Premyer Liqadakı debütü 6 avqust 2006-cı ilə təsadüf etdi, oyun 14-cü tur çərçivəsində "Amkar Perm"ə qarşı oldu. Şamil ilk hissədən sonra Vadim Yevseyevi əvəz edərək oyuna daxil oldu. Ölkənin elit divizionunda ilk qolunu Şamil iki tur sonra Samara şəhərinin "Krılya Sovetov" klubunun qapısına vurdu və klubuna 2:1 hesablı qələbə gətirdi. Buna baxmayaraq, Şamil dəmiryolçuların əsas heyətində yerini bərkidə bilmədi və mövsümün sonunda Kubana qayıtdı.
2007-ci ilin yayında Asildarov icarə əsasında "Terek" klubuna keçdi. 2008-ci ilin əvvəlində Asildarov "Anji Mahaçqala"nın sıralarına qoşuldu.
Altı ay sonra, Vladivostok şəhərinin "Luç" klubuna transfer olundu və orada 9 avqust 2008-ci ildə Andre Alvesi əvəz edərək ilk oyununa çıxdı, həmin oyun 17-ci tur çərçivəsində Yaroslavl şəhərinin "Şinnik" klubuna qarşı idi, Mövsümün sonuna qədər Uzaq Şərq klubun forması ilə daha 8 oyunda iştirak etdi və həmçinin keçmiş klubu "Lokomotiv Moskva"ya qarşı oyunda bir qolla fərqləndi. Bununla belə, klub birinci divizyonu düşdü, Asildarov ilə müqavilə uzadılmadı. 2009-cu ildə həvəskar futbol liqasının "yuq" zonasının "Mahaçqala" klubunda çıxış edirdi.
5 avqust 2009-cu ildə yüksək liqanın autsayderlərindən biri "Spartak-Nalçik" ilə qısamüddətli müqavilə imzaladı. Asildarovun yeni klubdakı debütü klubun oyunçular ərizəsində düşdükdən 3 gün il sonra baş tutdu, oyun moskvalı həmklubçularına qarşı idi. Şamil bütün 90 dəqiqə meydanda oldu və hətta qol vurmasına baxmayaraq nəticədə klubu 2:4 hesabı ilə məğlub oldu. Mövsümün sonuna qədər Şamil 13 matçda daha 7 qol vurdu və bununla da Nalçik klubunun Premyer Liqada çıxışının davam etdirməsinə kömək etdi. 2009-cu il mövsümü bitdikdən sonra azad agent statusunu aldı.
2009-cu ilin dekabr ayında Şamilin Qroznı şəhərinin "Terek" klubu ilə üç illik müqavilə imzalayaraq ora geri qayıtdığı bildirilsə də, bu məlumat əvvəlcə "Spartak-Nalçik" nümayəndələri tərəfindən, daha sonra isə klubun baş məşqçisi Yuri Krasnojan tərəfindən təkzib edildi, hansının ki sözlərinə əsasən, Asildarov heç kimlə müqavilə imzalamayıb və Nalçik klubu onunla münasibətləri uzatmaq istəyir. Bununla belə, 2010-cu ilin yanvar ayının əvvəlində futbolçunun Qroznı klubu ilə iki illik müqavilə imzaladığı rəsmən elan edildi. Terekin rəsmi saytında hər turdan sonra keçirilən müntəzəm səsvermənin nəticələrinə görə, Asildarov 2010 -cu il mövsümündə klubun ən yaxşı oyunçuları siyahısında ikinci yeri tutdu, ondan daha irəldə təkçə Rizvan Utsiyev idi. Qroznı klubundakı iki il yarım müddət ərzində 65 oyunda 17 dəfə rəqib qapısına yol tapa bilmişdir, ancaq 2011/12 mövsümünün bitməsindən sonra komanda rəhbərliyi oyunçu ilə müqaviləni yeniləməmək qərarına gəldi.
2012-ci ilin yayında Asildarov Nijni Novqorod təmsilçisi "Volqa" ilə qısamüddətli müqavilə bağladı. 2012-ci ilin qışında müqavilə daha altı ay uzadılsa da, 2013-cü ilin aprelində klubdan uzaqlaşdırıldı.
2014-cü ilin fevral ayında "Luç-Energiya" klubuna qayıtdı. Komanda ilə birlikdə FNL Kubokunun qalibi oldu, 3 qol vuraraq bir qrup oyunçu ilə bombardirlər siyahısına başçılıq etdi və həmçinin turnirin ən yaxşı oyunçusu elan olundu. 2014-cü ilin iyul ayında Şamil "Anji" ilə iki illik yeni müqavilə imzaladı. Asildarovun "Anji"yə qayıdışı iyulun 6-da FNL çempionatının ilk turu çərçivəsində "Saxalin" klubuna qarşı baş tutdu, Asildarov oyunda qələbə qolun müəllifi oldu. Ancaq olduqca qızğın xarakterinə görə və 2015-ci ilin yayında onunla yeni müqavilə imzalamaq istəyi olmadığından oyunçu klubsuz qaldı. Daha sonra o, təkbaşına məşq etməyə başladı. Və 2016-cı ilin fevral ayının sonunda tibbi müayinədən keçərək "Volqar Həştərxan" klubunun sıralarına qoşuldu. 13 iyun 2016-cı ildə Qazaxıstanın "Tobol Kostanay" klubuna keçid etdi və 2016-cı ilin sonuna qədər müqavilə imzaladı.«Тобол» подписал Шамиля Асильдарова 2017-ci ilin fevral ayında 1 illik müqavilə imzalayaraq yenidən "Anji Mahaçqala"ya transfer olundu. 2017-ci ilin yayında azad agent statusunu aldı. 2020-ci ilin yanvar ayının əvvəlində Asildarovun "Anji"nın vitse-prezidenti təyin olunduğu məlum oldu.
Nailiyyətləri Klub səviyyəsində
"Dinamo Mahaçqala"
İkinci divizyonun "yuq" zonasının qalibi: 2003
"Lokomotiv Moskva"
Rusiya çempionatının bürünc mükafatçısı: 2006.
"Terek Qroznı"
Birinci divizionun qalibi: 2007.
"Luç-Energiya" (Vladivostok)
FNL Kuboku qalibi: 2014.
Şəxsi
İkinci divizionunun bombardiri: 2003 FNL Kubokunun ən yaxşı oyunçusu: 2014 FNL Kubokunun bombardiri: 2014
Şəxsi həyatı O, milliyətcə avardır. Atasının adı Saidbek, anasının isə Patimatdır. Asildarovun Maqomed adlı böyük qardaşı, Vaysarat və Saniyat adlı iki bacısı var. Dağıstan Pedaqoji Universitetini bitirmişdir. O, Şamil Laxiyalovu dünyanın ən yaxşı futbolçusu hesab etdiyini etiraf etmişdir.
Statistika KlubMövsümÇempionatKubokCəmiSəviyyəOyun sayıQol sayıOyun sayıQol sayıOyun sayıQol sayıDinamo Mahaçqala2000III34111035112001III33162235182002[III35213038212003III35314239332004II2814102914Итого1659311417697Ximki2005II940094Kuban Krasnodar2006II2018002018Lokomotiv Moskva2006I411051Kuban Krasnodar2007I13010140Terek Qroznı2007II12400124Anji Mahaçqala2008II21612228Luç Vladivostok2008I91101012009IV?00?Bu turnirin rəsmi protokolları tapılmadı.Spartak-Nalçik2009I14800148Terek Qroznı2010I299002992011/12I36821389Cəmi6517216718Volqa Nijni Novqorod2012/13I13310143Luç Vladivostok2013/14II11520135Anji Mahaçqala2014/15II29522317Volqar Həştərxan2015/16II13+2Premyer Liqada çıxış etmək hüququ uğrunda keçid oyunlar500155Tobol Kostanay2016I18200182Anji Mahaçqala2016/17I601070Anji Mahaçqala2020/21III800080Cəmi430172239455181 (Məlumatlar 21 noyabr 2020-ci ilə olan vəziyyətə görə götürlmüşdür)
Mənbələr: Statistika RFPL-ın rəsmi saytından götürülmüşdür Statistika Sportbox.ru idman media portalından götürülmüşdür
İstinadlar
Xarici keçidlər
Qazaxıstan PFL-nin saytında
Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Asildarov Kateqoriya:Rusiya idman ustaları