Xuan Mariya Montalvo i Fialos () — Ekvador yazıçısı, publisisti.
Həyatı Xuan Montalvo 13 aprel 1832 Ambato şəhərində anadan olmuşdur. O, 1869-cu ildə mürtəce çevrilişindən sonra mühacirətdə liberal müxalifətə başçılıq etmişdir. Publisistik məqalə və esselərində (məsələn, "Yeddi traktat" (1882), "Əxlaqi həndəsə" (nəşri 1902) və s.) istibdadı, hərbi diktaturanı, hakim siniflərin, kilsənin cinayətlərini, irqi ayrı-seçkiliyi ifşa etmişdir. O, 17 yanvar 1889-cu ildə, 56 yaşında Fransanın paytaxtı Paris şəhərində vəfat etmişdir.
Əsərləri Las catilinarias (1880) Capítulos que se le olvidaron a Cervantes (1868) Libro de las pasiones (1935) Siete Tratados (1882) Geometría Moral (1902) Judas (1872)
İstinadlar
Əlavə ədəbiyyat Pareja Diezcanseco, Alfredo (1989), Entry: "Juan Montalvo (1832-1889)"; In: Solé, Carlos A. (editor in chief) and María Isabel Abreu (associate editor), Latin American Writers - Volume 1; New York: Charles Scribner's Sons, 3 volumes.
Xarici keçidlər
Lascano, Mario: Juan Montalvo y su época
Kateqoriya:Ekvador yazıçıları Kateqoriya:Ekvador diplomatları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Pamfletçilər