Selinski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Selina qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 135 km məsafədə yerləşir. Tarix Rayon 1923-cü ildə Zapadno-Konnozavodçeski (inqilabdan əvvəl rayonun ərazisi at yetişdiricilərinə aid idi) adı ilə qurulur, daha sonra Salsk dairəsinin bir hissəsi olur. Rayonun bütün əhalisi (indiki sərhədlər daxilində) əsasən sonradan Sredneeqorlıkski və Lopanski kənd sovetlərininn bir hissəsi olan ərazidə yaşayırdı. 1930-cu ildə adı Qiqantovski olaraq dəyişdirilir (rayon mərkəzi Qiqant kəndində köçürülür), sonra ləğv edilir və ərazisi Salski rayonuna birləşdirilir. RSFSR Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı və Azov-Qara dəniz Regional İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 28 dekabr 1934-cü il tarixli Azov bölgələrinin bölgüsü haqqında fərmanı əsasında Selinski rayonu qurulur. Rayon mərkəzi Selin kəndi olur. Rayon əsasən keçmiş Qiqantovski (Zapadno-Konnozavodçevski) ərazisi hesabına qurulur. 1963-cü ildə ləğv edilir, ərazisi Yeqorlıkski rayonunun tərkibinə daxil olur. 1965-ci ildə yenidən qurulur.

Coğrafiya Selinski rayonu bölgənin cənubunda yerləşir və şimalda Zernoqradski və Salski rayonları ilə, şərqdə Salski rayonu ilə, cənubda Pesçanokopski rayonu və Krasnodar diyarının rayonları ilə, qərbdə Yeqorlıkski və Zernogradski rayonları ilə həmsərhəddir. İqtisadiyyat Rayonun prioritet sahəsi taxılçılıq və heyvandarlıq istiqaməti olan əkinçilikdir. Əsas məhsul növləri taxıl, günəbaxan, ət və süddür.

Selinski rayonundakı sənaye istehsalının strukturunda ən böyük payı un və dənli bitkilər (44%), maşınqayırma və metal emalı (34%) və qida sənayesi (13%) tutur. Görməli yerlər Təbii abidələr "Balka Srednaya Yula" regional əhəmiyyətli təbii abidə. Zelyonaya Balka fermasından 2 km cənub-şərqdə yerləşir. Təbiət abidəsinin ümumi sahəsi 80 hektardır. Arxeoloji abidələr Kurqan qrupu "I Belaya Yula" (3 kurqan).

Kurqan qrupu "I Stepnoye" (2 kurqan).

Kurqan qrupu "Blaqodarnı II" (2 kurqan).

Kurqan qrupu "Baçkov I" (2 kurqan).

Kurqan qrupu "Starçenski III" (3 kurqan).

Kurqan qrupu "Dimitrovka I" (3 kurqan).

Rostov vilayətinin Selinski rayonunda cəmi 109 arxeoloji yer qeydə alınmışdır.

Məbədlər və ibadət evləri Selina kəndindəki Müqəddəs Məryəmin Şəfaət Kilsəsi.

Kərpicdən tikilmiş pravoslav kilsə. Mənbə Целинский район на сайте администрации Ростовской области Администрация Целинского района Ростовской области Муниципальное образование Целинского района Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов Целинский район на сайте Rosdon.ru Poçt indeksi: Почтовые индексы: Целинский Район Почтовые индексы | Ростовская область | Целинский район İstinadlar

Kateqoriya:Rostov vilayətinin rayonları Kateqoriya:1923-cü ildə yaranmış dövlətlər və ərazilər