300px|thumb|Johann Gustav Gaerber tərəfindən Qafqaz xəristəsindən Ləzgistan (1728) Ləzgistan — Lezgistan və ya Lekiya () aşağıdakılara istinad edə bilər: Ləzgilərin yaşadığı Qafqazın bir parçası. Şərq yazarları eyni ərazini Dağıstan adlandırıblar.. Sadval separatçı təşkilatının irredentist konsepsiyası, Rusiyanın Dağıstan Respublikası və Azərbaycanın Ləzgilərlə həmsərhəd əraziləri üzərində vahid bir etnopolitik qurum yaratmağa yönəlmişdir.
Tarixi anlayışı Herodot, Strabon və Yaşlı Pliniy də daxil olmaqla qədim yunan tarixçiləri Qafqaz Albaniyasında yaşayan Legoy xalqına istinad edərkən, 9–10-cu əsrlərin ərəb tarixçiləri müasir Dağıstan ərazisindəki Lakz krallığını qeyd edirlər Əl Məsudi bu bölgənin sakinlərini LakzamlarYakut, IV, 364. According to al-Masoudi (Murudzh, II, 5) adlandırmışdır.VFMinorsky. History of Shirvan. M. 1963
Rusiyada inqilabdan əvvəl "Ləzgin" termini müasir Rusiya Dağıstan Respublikasının ərazisində yaşayan bütün etnik qruplara şamil edilirdi.
Siyasi konsepsiyası 300px|thumb|Rusiya ilə Azərbaycan sərhədində ləzgilərin yaşadığı ərazilər Ləzgi milli hərəkatı Sadval (Birlik) 1990-cı ilin iyulunda Rusiyada (o vaxt Sovet İttifaqı) Dağıstanın Dərbənd şəhərində yaradıldı.Minorities at Risk Project, Chronology for Lezgins in Russia, 2004 (accessed 21 September 2011) Ləzgilərin (Azərbaycan və Dağıstanda) birləşməsini tələb etdilər, çünki sovet hakimiyyəti dövründə onlara "mədəniyyətlərini inkişaf etdirmək imkanı verilmədi". Sadval Azərbaycanda dəstək tapmadı, üstəlik, 19 mart 1994-cü ildə Bakı metrosunda 27 adamın öldüyü partlayışın Sadval tərəfindən edildiyi irəli sürüldü.. Sadvalın yaradılmasında, silahlılarını maliyyələşdirməkdə, təlim verməkdə və silahlandırmaqda Ermənistan xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair sübutlar var idi.
İstinadlar
Kateqoriya:Rusiya tarixi Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Azərbaycanda separatizm Kateqoriya:İrredentizm Kateqoriya:Bölünmüş regionlar