– Yaponiya kommersiya modeli və aktrisası.
İlk illəri 22 iyun 1985-ci ildə Yaponiyanın Kaqoşima şəhərində doğulmuşdur. Anası yapon, atası italyandır. Atası Yokohamada yerləşən bir italyan restoranında işləyən zaman anası ilə tanış olub. Kato beş yaşında olanda ailəsi ilə birlikdə İtaliyanın Neapol şəhərinə köçüb. Həmin dövrdə italyanca danışa və başa düşə bilirdi, lakin daha sonra italyan dilini təmiz unudub. Bu səbəbdən NHK TV kanalının "İtalyanca söhbət" verilişinin daimi qonaq tələbəsi olmuşdur.NHK Italian TV Conversation , nhk.or.jp; accessed 20 June 2016. Rosa adını nənəsindən götürüb.Rosa Kato in Nippon Cinema , nipponcinema.com; accessed 20 June 2016.
Karyerası 2004-cü ilin aprelindən 2005-ci ilin martına kimi NHK TV kanalında italyan dilinə yeni başlayan üçün yayımlanan 25 dəqiqəlik "İtalyanca söhbət" verilişinin daimi qonaq tələbəsi olmuşdur. Daha sonra reklamlarda yer almağa başlamış və 2004-cü ildə Yaponiya gəlin jurnalı olan "Zexy" jurnalında populyar model olmuşdur.
2005-ci ildə Cun Matsumoto ilə birlikdə "Tokio qülləsi" filmində çəkilmişdir. Daha sonra 2005-ci ildə müxtəlif teleserialda oynamağa başlamışdır. 2006-cı ildə "Dandori" filmindəki roluna görə "Ən yaxşı yeni oyunçu mükafatı"na layiq görülmüşdür.
2007-ci ildə Şota Matsuda ilə birlikdə "İmperatriça" serialında baş rollardan birini canlandırmışdır. 2008-ci ildə Mokomiçi Hayami ilə "Oy! Mənim qızım!" və Takuya Kimura ilə "Dəyiş" serialında oynamışdır.
Şəxsi həyatı 22 iyun 2011-ci ildə ad günündə Yaponiya futbolçusu Daysuke Matsui ilə evlənmişdir."Matsui marries actress Kato" , houseofjapan.com; 23 June 2011; retrieved 3 July 2011. Növbəti gün bloqunda 4 aylıq hamilə olduğunu açıqlamışdır.Kato Rosa marries soccer player Matsui Daisuke & is 4 months pregnant! 22 June 2011; retrieved 3 July 2011. Bir neçə ay sonra oğlu olmuşdur.
Filmoqrafiya İlBaşlıq2005Tokio qülləsiSimsonlarÜfuqun arxasında gün2006Dalğanı tutYouki na Gang ga Chikyuu wo MawasuƏn gözəl suGecə piknikiTaki 1832007ƏdalətsizSmile Seiya no KisekiPokemon: Dialga Vs. Palkia Vs. Darkrai2008Detroyt metal şəhəriCənnət hələ uzaqdadır2012Qızlar mühafizə üçün
İstinadlar
Xarici keçidlər Rəsmi saytı Rosa Kato Nippon Cinema saytında.
Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Kaqoşima prefekturasında doğulanlar Kateqoriya:Yaponiya fotomodelləri