Qvatemala — Mərkəzi Amerikada dövlət. Sahəsi 108.9 min km², əhalisi 10,9 milyon nəfərdir. İnzibati ərazisi 22 departamentə bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Qanunvericı orqanı birpalatalı Milli Konqresdir. Paytaxtı Qvatemala şəhəridir. 2020-ci ildə keçirilən prezident seçkilərində Alejandro Giammattei yeni prezident seçilmişdir.

Adın etimologiyası Atstek dilindəki "quauhtemallan" sözündən - meşə ilə örtülü yer mənasını verir.

Tarix 1523-1524-cü illərdə ərazisi ispanlar tərəfindən işğal edilmişdir. Bu işğal 1821-ci ilədək davam etmişdir. Elə həmin ildə ölkə müstəqillik əldə edir.

1823-1839-cu illərdə Mərkəzi Amerika Birləşmiş Əyalətləri Federasiyasının tərkibində varlığını sürdürür.

Bir sıra hərbi çevrilişlərdən sonra 1952-1985-ci illərdə ölkədə hərbi diktatura rejimi bərqərar olur.

Nəhayət 1996-cı ildə hökumətlə Qvatemala Milli İnqilabi Hərəkatı arasında sülh haqqında müqavilə imzalanır.

Fiziki-coğrafi xarakteristika Ölkə Şimali Amerika qitəsində yerləşir və qərbdə Meksika, cənubda Salvador, şərqdə Beliz və cənub şərqdə Honduras ilə qonşudur.

İnzibati ərazi bölgüsü Ölkənin ərazisi 108,889 km²-dir. Şəhər və kəndlərdən ibarətdir.

İqtisadiyyat Mərkəzi Amerikanın ən kasıb ölkələrindən biri hesab olunur. Hazırda 400.000 insanın işsiz olduğu göstərilir. Başqa sözlə əhalinin 56,2 % yoxsul şəraitdə yaşayır.

Əhali 15,806,675. Əhalinin 59,4%-ni metislər, qlanın isə başqa yerli etnoslar təşkil edir.

Dil Rəsmi dil ispan dili olsa da bəzi qismlərdə yerli qvatemal dilində danışırlar.

Din Əhalisinin 50-60 %-i xristianlığın katolik məzhəbinə, 30-40 %-i protestanlıq, qalanları isə provaslavlıq məzhəbinə qulluq edirlər.

Mədəniyyət Ölkənin paytaxtında müxtəlif muzey və qallereyalar fəaliyyət göstərir.

İdman Futbol ölkənin ən populyar idman növüdür.

Təhsil Ölkədə adətən ikinci dərəcəli məktəblər fəaliyyət göstərir və bunların hamısı pulsuzdur.

Mətbəx Əsaəsən mayya mətbəxinin nümunələrindən qida kimi istifadə olunur.

İstinadlar

Kateqoriya:1821-ci ildə Şimali Amerikada yarananlar Kateqoriya:Unitar respublikalar