Xose Mariya Fenollera e İbanes (; ) — İspaniya rəssamı. O, daha çox portretləri ilə tanınır.

Həyatı Xose Mariya Fenollera e İbanes 10 dekabr 1851-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. O, San Karlos Kral İncəsənət Akademiyasıda təhsil almışdır. Fenollera 1872–1877-ci illərdə Romada yaşamışdır. Bundan sonra o, Parisə getmiş, burada fotoqravüra texnikasını öyrənmişdir. Fenollera nəhayət Madriddə məskunlaşmışdır. Fenollera 1887-ci ildə Santiaqo-de-Kompostelaya köçüşdür. Burada o, İncəsənət Məktəbində professor kimi özünü təsdiq etmiş və Qalisiya regionalizmi hərəkatının nümayəndəsi olmuşdur. Fenollera, ilk növbədə, Qalisiya zadəganlarının portretlərini çəkirdi. O həmçinin, Ölkə Dostlarının İqtisadi Cəmiyyətinin prezidentləri haqqında, daha sonra Santiaqo-de-Kompostela Universitetində bir sıra əsərlər çəkmişdir. 1890-cı ildə Qalisiya zadəganlarından olan Konsuelo Velon-i-iQonsales-Pardo ilə evlənmişdir."José María Fenollera" by José Manuel García Iglesias, El Correo Gallego"Urge restaurar las pinturas de Fenollera" by Alfonso Fernández-Cid Fenollera, El Correo Gallego

İstinadlar

Əlavə ədəbiyyat Alfonso Fernández-Cid Fenollera, Fenollera: Pintor Gallego por amor, Consorcio De Santiago, 2008

Xarici keçidlər

"José María Fenollera: un artista perturbador e iconoclasta" by Jorge Fernández-Cid

Kateqoriya:İspaniya rəssamları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XX əsr rəssamları