Əliş Cəmil oğlu Ləmbəranski () — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü.
Həyatı Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur.
O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Fəaliyyəti
Əmək fəaliyyəti Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir.
Siyasi fəaliyyəti 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi.
1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.
Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı olmuşdur. Azərbaycan KP 30-cu qurultayında MK üzvü seçilmişdir.
Xatirəsi Azərbaycan Respublikasının Prezidenti Əliş Ləmbəranskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya (Bakı şəhəri, Tərlan Əliyarbəyov küçəsi, 5) xatirə lövhəsinin vurulması barədə 11 may 2004-cü il tarixdə Sərəncam vermişdir.Ə. C. Ləmbəranskinin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 11 may 2004-cü il tarixli, 214 nömrəli Sərəncamı. e-qanun.az
Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərini nəzərə alaraq, onun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2014-cü il tarixdə Sərəncam vermişdir.Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli, 295 nömrəli Sərəncamı. e-qanun.az
Əliş Ləmbəranski haqqında "İthaf" adlı sənədli film çəkilib. Rejissoru Ziya Şıxlinskidir. Filmin Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) premyerası olub.Əliş Ləmbəranski haqqında sənədli filmin təqdimatı: [Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rejissor Ziya Şıxlinskinin "İthaf" adlı sənədli filminin premyerası olub] //Mədəniyyət.- 2014.- 10 oktyabr.- S.4.
Təltif və mükafatları 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, 3 Qırmızı Əmək Bayrağı, 2-ci dərəcəli Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri və medallarla təltif olunmuşdur. SSRİ Nazirlər Soveti mükafatının laureatıdır (1978).
İstinadlar
Kateqoriya:Lənbəranskilər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan mühəndisləri