Pol Klodel () – Fransa şairi, dramaturqu və diplomatı. Fransada müasir dövrün ən böyük şairlərindən və dini dramaturqlarından biri hesab olunur. Kamilla Klodelin balaca qardaşıdır. Fransa–Yaponiya münasibətlərinin inkişafına töhfələr vermişdir.
Fəaliyyəti 1890-cı ildə Fransa Xarici İşlər Nazirliyinin imtahanlarında birinci yeri tutduqdan sonra diplomat karyerası başlamışdır. Otuz il boyunca ABŞ, Çin, Avropa və Cənubi Amerikada müxtəlif diplomatik missiyalarda iştirak etmişdir. 1921-ci ilin dekabrından 1927-ci ilin fevralına qədər Tokioda Fransanın Yaponiyadakı səfiri kimi fəaliyyət göstərmişdir. Yaponiyadakı fəaliyyəti boyunca iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi üçün işlər görmüş, Fransa-Yaponiya Cəmiyyətini qurmuşdur. 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra göstərdiyi xeyriyyə fəaliyyətləri onun Yaponiyadakı reputasiyasını artırmışdır.
Klodel Yaponiya mədəniyyətini və ruhunu öyrənməyə çalışmış, Yaponiya haqqındakı mühazirələrini və yazılarını "Yüksələn günəşdəki qara quş" (; 1928) adlı əsərində toplamışdır. Ən məşhur pyesi hesab olunan "Atlas başmaq" pyesini 1927-ci ildə Tokioda yaşayarkən tamamlamışdır.
1927-ci ildə Vaşinqtona təyin olunmuş, Brian-Kelloq paktının imzalanmasında vacib rol oynamışdır. 1935-ci ildə Belçikanın Brüssel şəhərində diplomatik karyerasını başa çatdırmış, müxtəlif pyeslər, poemalar, esselər yazmağa davam etmişdir. 1946-cı ildə Fransa Akademiyasının üzvü seçilmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Paul-claudel.net (fransız dilində)
Kateqoriya:Fransanın Yaponiyadakı səfirləri Kateqoriya:Fransa Akademiyasının üzvləri Kateqoriya:Fransa şairləri Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransa diplomatları Kateqoriya:Fransa publisistləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:Dramlar Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Fransa esseistləri Kateqoriya:Fransa memuarçıları