Qazaros Stepanoviç Ağayan (; ) — erməni pedaqoqu və yazıçısı.
Həyatı Qazaros Stepanoviç Ağayan 16 aprel 1840-cı ildə o vaxtlar Rusiya imperiyasına bağlı olan Gürcüstanın Xaçın kəndində anadan olmuşdur. Pedaqoji görüşlərində Konstantin Uşinskinin təliminə əsaslanmışdır. Ağayan məktəbi dinin təsirindən qurtarmağı, xalqa yaxınlaşdırmağı tələb edirdi. Ağayan erməni dili dərsliklərinin müəllifidir. "Həyatımızın əlamətdar hadisələri" (1893) və "Harutyun və Manvel" (1867) adlı xatirə əsərləri var. "İki bacı" (1872) romanında 1860–1870-ci illərdə erməni kəndindəki ictimai ziddiyyətlər əks olunmuşdur. Ağayan görkəmli uşaq yazıçıdır ("Gülnaz nənənin nağılları", 1904 və s.). Azərbaycan folkloruna yaxından bələd olmuş, haqqında qiymətli fikirlər söyləmişdir. Əsərlərində Azərbaycan xalq məsəllərindən istifadə etmişdir. Bəzi şeir və hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. Ağayan 3 iyul 1911-ci ildə Tiflis şəhərində vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Биография писателя на сайте armen-tales.ru Саркисян Р. Заметки к генеалогии рода Агаянов. — М.: Открытый Мир, 2006.
Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Erməni yazıçılar Kateqoriya:Ermənistan pedaqoqları Kateqoriya:Jurnal redaktorları Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:XIX əsr yazıçıları