Katakalon Kekavmenos (; ; ) — erməni əsilli Bizans komandiri və Anionun (Aninin) təkfuru.
Katakalon Kekavmenos Koloneyada (Qarahisarda) doğuldu və məşhur hay əsilli Katakalon nəslinin nümayəndəsi idi. 1040-cı ildə Messina şəhərini müsəlmanların hücumundan qorudu.
1045-ci ildə İberiya femasının (günümüzdə Ermənistan və Gürcüstanın bir hissəsi) Bizansa daxil edilməsi ilə İmperator IX Konstantin Monomax tərəfindən Anionun (Aninin) təkfuru təyin edildi və Səlcuqlular ilə savaşlarda orduda komandirlik etdi. 1070-ci ildə Aninin Alparslan tərəfindən fəth edilməsi ilə vəzifədən uzaqlaşdırıldı. 1079-cu ildə ölüb.
Kinoda Oyanış: Böyük Səlcuqlu serialının davamı olan Alparslan: Böyük Səlcuqlu serialında Katakalon Kekavmeni Toprak Sergen canlandırır.
İstinadlar
Xarici keçidlər