Yamayka ( ) — Karib hövzəsində, Millətlər Birliyinin tərkibində olan ada dövləti. Mərkəzi Amerikada, Karib dənizi sahillərində, Böyük Antillər adlanan adalarda yerləşir. Sahillərinin uzunluğu 1022 km-dir. Ərazisi əsasən dağlıqdır. Sahilə yaxın ərazilərində ovalıqlar var. Ən yüksək nöqtə Mavidağdır (2256 m.). Xristofor Kolumb Yamaykanı 1494-cü ilin mayın 5-də kəşf etmişdir. Yamayka dünyada boksit ehtiyatlarına görə 4-cü, hasilatına görə 2-ci yeri tutur. Ölkə üçün turizm əsas gəlir mənbələrindən biridir.
Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:G15 ölkələri Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Konstitusiyalı monarxiyalar Kateqoriya:Ada dövlətlər Kateqoriya:Britaniyanın keçmiş müstəmləkələri