Meymunə binti əl-Haris (; ) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Bioqrafiyası O, Məkkədəki Bəni-Hilal qəbiləsindən olmuşdur. Anasının adı Hind bint Əvfdir. Meymunə binti əl-Haris Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Umm əl-Fədlin bacısı olmuşdur. Doğulanda onun adı Bərrə olur, lakin Məhəmməd peyğəmbər onun adını Meymunə qoyur. Bütpərəstlik dövründə o, Məsud ibn Əmrlə evlənir, lakin sonra onu boşayır. Meymunə binti əl-Haris Əbu Ruxum ibn Əbdüluzza ilə evlənmişdir. Bir müddət sonra o, dul qalır.

Məhəmməd peyğəmbər 628-ci ildə müsəlmanların ilk kiçik həcc ziyarəti (ümrə) zamanı Abbas ibn Əbdülmüttəlibin məsləhəti ilə onunla evlənir. O, onun son həyat yoldaşı idi, bundan sonra heç kimlə evlənməmişdir. Meymunə fəzilətli və dindar bir qadın olmuşdur. Onun nəql etdiyi 70-ə yaxın hədis məlumdur.

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar Kateqoriya:İslam tarixi