Baku TV — 2018-ci il fevralın 18-də jurnalist Orxan Əliəkbər oğlu Məmmədov tərəfindən təsis edilən, Ramin Natiq oğlu Cəfərovun rəhbərlik etdiyi və dövlət/hökumət nəzarətində, Global Media Groupun tərkibində olan hakimiyyətyönümlü Azərbaycan internet televiziyası.
Azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının 2020-ci il tarixində "YouTube" platforması tərəfindən təsdiqlənmiş, 2021-ci ildə "Google" tərəfindən beynəlxalq xəbər platformalarının siyahısına daxil olmuşdur.
18 dekabr 2021-ci il tarixində "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "informasiya və xəbərlər" nominasiyası üzrə "İlin ən yaxşı internet televiziyası" kimi qalibi olmuşdur.
2023-cü il sentyabrın 19-da "Azerspace" peyki vasitəsilə test rejimində yayıma başlayıb.
Tarixi
Yaranma tarixi "Baku TV" internet televiziyası 2018-ci ilin fevralın 18-də jurnalist Orxan Məmmədov tərəfindən təsis olunmuşdur. Kanalın təsisçisi Orxan Məmmədov, direktoru Ramin Cəfərovdur. "baku.ws" saytının yaradıcısı olan Orxan Məmmədov saytının təsis edilməsindən 14 il sonra bu saytın internet televiziyasını yaradaraq, müəyyən izləyici kütləsini bu kanal üzərində qərarlaşdırmışdır. Ramin Cəfərov internet televiziyasının yaranma tarixini və fəaliyyətini bu cür izah edir:
İnternet televiziyası qısa zaman ərzində məşhurlaşmışdır. Jurnalist Tural Müseyibov televiziyaya 15 illik fasilədən sonra qayıdışı zamanı müsahibələrinin birində bildirib ki, "Bu gün sosial şəbəkələrin inkişaf etdiyi və ənənəvi medianın çətinlik yaşadığı bir dövrdə Baku TV qısa bir müddətdə böyük bir auditoriya toplaya bilib. Çox maraqlıdır ki, sosial şəbəkələr üzərindən yayımladığı reportajlar, müsahibələr təkcə Azərbaycanda deyil, xaricdə də daha çox izlənmə əldə edib və yeni kanal olmasına baxmayaraq, hər zaman Baku TV-yə istinadlar var. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Baku TV-də peşəkar bir komanda formalaşıb. Bu komanda ilə çalışmaq həqiqətən də, məsuliyyətli və şərəflidir."
2 dildə – azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının youtube kanalında yarım milyona yaxın izləyici kütləsi var. 2021-ci ildə "Baku TV" internet televiziyasının rus redaksiyası da fəaliyyətə başlamışdır.
İnternet televiziyasında əsas xəbərlər Azərbaycanda və dünyada baş verən hadisələr üzərindədir. Telekanalın təsisçisi Orxan Məmmədov bildirir: "Baku TV dəqiq və operativ şəkildə, xüsusi həssaslıqla xəbərləri tamaşaçılara çatdırmağa xidmət edir. İnternet televiziyasının əsas məqsədi Azərbaycanda və dünyada baş verən xəbərləri operativ və dəqiq şəkildə tamaşaçılara çatdırmaqdır. Kanal reklam və əməkdaşlıqlar qəbul edir, əhalini maraqlandıran və narahat edən xəbərlərlə bağlı qaynar xətti fəaliyyət göstərir."
"Baku TV" internet televiziyasının Youtube və Telegram kanalı, Instagram və Facebook səhifələri fəaliyyət göstərir. Azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının youtube kanalında izləyici kütləsi yarım milyona yaxındır. Eyni zamanda xəbərlər və əyləncə videoları 12 tərəf üçün şaxələnir – "Cəmiyyət", "Siyasət", "İqtisadiyyat", "Şou-biznes", "Kriminal", "Dünya", "Yumor", "Sorğu", "Hadisə", "Avto", "Texnologiya" və "İdman".
2023-cü il sentyabrın 19-da "Azerspace" peyki vasitəsilə test rejimində yayıma başlayıb.
Uğurları İnternet televiziyası 2020-ci il tarixində "YouTube" platforması tərəfindən təsdiqlənmiş, 2021-ci ildə "Google" tərəfindən beynəlxalq xəbər platformalarının siyahısına daxil olmuşdur.
18 dekabr 2021-ci il tarixində "Baku TV" internet televiziyası "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "informasiya və xəbərlər" nominasiyası üzrə "İlin ən yaxşı internet televiziyası" kimi qalibi olmuşdur.
Xəbərlər departamenti BAKU NEWS — 13:00, 17:00, 20:00 Salam BAKU — 10:00
İstinadlar
Həmçinin bax Baku jurnalı baku.ws
Xarici keçidlər Baku TV — rəsmi saytı. Baku TV — rəsmi YouTube saytı. Baku TV — rəsmi Facebook saytı. Baku TV — rəsmi İnstagram hesabı. Baku TV — rəsmi Telegram hesabı Baku TV | RU — rəsmi Telegram hesabı
Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Rus dilində televiziya kanalları