Eldar Heydər oğlu Zeynalov () — heykəltaraş, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), "Humay" mükafatı laureatı (2001). Həyatı Eldar Zeynalov 22 avqust 1937-ci ildə Heydər Zeynalov və Dürrə Zeynalovanın ailəsində Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə V. İ. Muxina adına Leninqrad Ali Bədii-sənaye Məktəbini (indiki Ştiqlits adına Sankt-Peterburq Rəssamlıq Akademiyası) bitirmişdir.

Fəaliyyəti Eldar Zeynalov heykəltaraş Telman Zeynalovla birgə bir sıra əsərlərə həmmüəlliflik edib:

Abidələr

Böyük Vətən Müharibəsində həlak olan əsgərlərin xatirəsinə monument (Lənkəran, 1976) Ulyanovsk şəhərinin "Xalqlar dostluğu" parkında "Azərbaycan tarixindən səhifələr" daş abidəsi (Ulyanovsk, 1976) Ş. Ələsgərovanın xatirəsinə tuncdan memorial lövhə (1980) Üzeyir Hacıbəyovun ev muzeyi üçün xatirəsinə tuncdan memorial lövhə (Bakı, 1985) Tuncdan hazırlanmış "Yeddi gözəl" fəvvarə-heykəltaraşlıq ansamblı (Bakı, 1987) Tunc-qranitdən hazırlanmış Nizami Gəncəvi abidəsi (Moskva, 1991) Tuncdan hazırlanmış "Şəhidin xatirəsinə" abidəsi (Xürrəmşəhr, 1992) Musiqili Komediya Teatrının binasının fasadında "tragediya və komediya" muzalarının fiqurları (Bakı)

Eksponatlar

"Bulaqda çimən Şirin" relyef-miniatürü (Bakı, 1992) Tuncdan hazırlanmış "İsgəndər Nüşabənin sarayında" relyef-miniatürü (Bakı, 1992)

Medallar

"Səməd Vurğun" yubiley medalı (1975) "Üzeyir Hacıbəyov" yubiley medalı (1985) “Sabir” yubiley medalı (1985) “Nizami” yubiley medalı (1991) "Səttar Bəhlulzadə" yubiley medalı (1992)

Mükafatları və fəxri adları Azərbaycan SSR Dövlət mükafatı — 1978Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi — 04.03.1992

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Dövlət mükafatı laureatları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri