Tahir Tofiq oğlu Tağızadə () — Azərbaycan diplomatı. Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri.
Həyatı Tahir Tağızadə 1967-ci ildə Rusiyanın Qorki (hal-hazırda Nijni Novqorod) şəhərində anadan olub. Orta təhsilini Bakıda alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu qırmızı diplomla bitirib.
Diplomat karyerası 1990–95-ci illərdə SSRİ-nin, daha sonra Rusiyanın Çexoslovakiyanın Brno şəhərindəki Baş Konsulluğunda işləyib. 1995-ci ildə Bakıya qayıdıb. 1996-cı il yanvarın 1-də Azərbaycan XİN-in ABŞ, Kanada və Avropa İdarəsinin 2-ci katibi təyin olunub. 1997-ci ildə Azərbaycanın ABŞ-dəki səfirliyinə göndərilib, əvvəlcə 2-ci, sonra isə 1-ci katib və müşavir vəzifəsinə təyin edilib. Daha sonra mərkəzə çağırılıb, XİN-in Mətbuat və İnformasiya İdarəsinin rəhbəri vəzifəsini tutub.
2007-ci il fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2014-cü il iyulun 9-da Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2021-ci il iyulun 23-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Təltifləri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni;
“Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni;
Çexiyanın “Karel Kramarj” medalı;
"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı;
"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı.
Şəxsi həyatı Evlidir, iki övladı var.
İngilis, rus, çex və slovak dillərini bilir.
İstinadlar
Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycanın Birləşmiş Krallıqdakı səfirləri Kateqoriya:Azərbaycanın Çexiyadakı səfirləri Kateqoriya:Azərbaycanın Macarıstandakı səfirləri Kateqoriya:Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbərləri