Ələkbər Əliyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.

Döyüşlərdə iştirakı Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub.

Ailəsi Evli idi, 4 övladı yadigar qalıb.

Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.

Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir.

İstinadlar

Ədəbiyyat Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996. ("Elinə arxalanan elinə arxa gərək" oçerki) səh.46-50. Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 79.

Xarici keçidlər Ələkbər Əliyev (milli qəhrəman)

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Qubadlıda doğulanlar Kateqoriya:Laçında vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Şəhidlər Xiyabanında dəfn olunanlar (Bakı)