thumb|Əfsanəyə görə Maruoka qəsri hitobaşira ilə tikilib. – Yaponiyada insan qurban verməyin əfsanəvi üsulu. Bir çox Yaponiya əfsanəsinə görə qədim dövrə aid bəzi körpü, bənd, qəsrlərin tikintisi zamanı onların altında insanlar diri-diri basdırılıblar ki, tikilinin strukturu möhkəm olsun.
Bu cür insan qurban vermək barədə ilk məlumata "Nihon Şoki" (720) salnaməsinin İmperator Nintokunun hakimiyyəti haqqında olan bölməsində bəhs olunur. Xüsusilə, Tarumidə (Hyoqo prefekturası) yerləşən Naqara körpüsünün tikintisi bu barədə məşhur əfsanədir. Bu əfsanədə bir kəndli istəmədən də olsa özünü qurban verir. Əfsanələrdəki qurbanların çoxu qadındır. Hitobaşira əfsanələrinin mikolar tərəfindən su ilahlarını sakitləşdirmək məqsədilə yayıldığına inanılır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qurban Kateqoriya:Yaponiya mədəniyyəti Kateqoriya:Şintoizm