Labirintdə qaçış: Alovlu sınaq (həmçinin qısaca Alovlu sınaq kimi də tanınır) 2015-ci ildən kinoteatrlarda nümayiş olunan ABŞ istehsal olan distopik elmi-fantastik döyüş trilleridir. Ceyms Daşnerin “Labirintdə qaçış: Alovlu sınaq” adlı Labirint kitab seriyasının ikinci kitabından uyğunlaşdırılmış bu film həmçinin 2014-cü ildə çəkilmiş “Labirint qaçışçısı” filminin davamıdır və “Labirint” film seriyasının ikinci filmidir. Rejissoru Ues Ball olan filmin, ssenarisi T.S. Nowlin tərəfindən yazılmışdır və filmin əsas aktyor heyəti birinci filmdəki ilə eyni olsa da (Dylan O'Brien, Thomas Brodie-Sangster, Ki Hong Lee, Kaya Scodelario və Patricia Clarkson), Rosa Salazar, Jacob Lofland, Giancarlo Esposito, Aidan Gillen, Barry Pepper, Lili Taylor və Alan Tudyk bu filmin köməkçi aktyor heyətini təşkil edir.
Süjet xətti
Tomas, Tereza, Minho və digər “qleyderlər” labirintin öhdəsindən gəlsələr də, arxayınlaşmamalıdırlar. Sağ qalmaq yarışını təşkil etmiş gizli təşkilat, yeniyetmələr üçün bu dəfə yeni, daha təhlükəli sınaqlar hazırlayıb. Bu səfər onlar ucsuz-bucaqsız səhraya düşüb, müalicəsi olmayan xəstəliyin qurbanları ilə görüşəcəklər. Çılğın xasiyyətə malik bu insanlar ipə-sapa yatmayan, olduqca təhlükəli davranışları ilə seçilir.
İstinadlar
Kateqoriya:2015-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin postapokaliptik filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:TSG Entertainment filmləri Kateqoriya:Teen Choice Award mükafatının qalibi olmuş filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Zombi haqqında filmlər Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Temple Hill Entertainment filmləri Kateqoriya:Elmi fantastika romanlarına əsaslanan filmlər Kateqoriya:İngilis dilində müəmma filmləri Kateqoriya:Gənclik müəmma filmləri Kateqoriya:Gənclik ədəbiyyatına əsaslanan filmlər Kateqoriya:Şimali Amerikada çəkilmiş filmlər