Sürəqa ibn Malik (, ) — Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Bioqrafiyası Mudlic qəbiləsindən idi. O, Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı, qureyşlilərin Məkkə yaxınlığındakı bütün qəbilələrə Məhəmmədi diri və ya ölü onlara çatdıra biləcək hər kəsə 100 dəvə verməyə hazır olduqlarını bildirməsi ilə məşhurlaşır. Sürəqa mükafat almağa qərar verdi və Məhəmmədin axtarışına çıxdı. Səhrada xeyli məsafə qət edən Sürəqanın atı büdrəməyə başlayır. Artıq qayıtmaq qərarına gələn Sürəqa Peyğəmbəri 2 səhabə ilə görüb, ona ox atmaq istəyir, lakin əli yerində donub qalır. Atının ayaqlarının quma batmağa başladığını gördü. Sonra Sürəqa Peyğəmbərə üz tutur, ondan atını buraxmasını istəyir və təqibi dayandıracağına söz verir. Peyğəmbər Allaha dua edir və atın ayaqları möcüzəvi şəkildə qumdan azad olur, lakin Sürəqa vəd edilən mükafatı xatırlayır və yenə Peyğəmbərin arxasınca getməyə başlayır. Yenə atının ayaqları quma ilişir və Sürəqa yenə Məhəmmədə yalvarmalı olur. Peyğəmbər Allahın köməkliyi ilə atı azad edir və Sürəqanın geri qayıtmasını, digər təqibçiləri dayandırmasını əmr edir.
Ayrılıqda Peyğəmbər dedi ki, əgər Sürəqa əmri yerinə yetirsə, mükafat olaraq fars şahı Xosrovun qiymətsiz bilərziklərini alacaq (o an bu vəd qeyri-mümkün görünürdü). Sürəqanın xahişi ilə Məhəmməd ilk fürsətdə onu qəbul edəcəyinə söz verdi — Əbu Bəkr bu vədi sümük boşqabına yazıb Surakaya verdi. Sürəqa təqib edənlərə ərazini diqqətlə taradığını, lakin Məhəmməd və onun yoldaşlarından heç bir əsər-əlamət tapmadığını bildirdi və yalnız Peyğəmbərin Mədinəyə çatması xəbərindən sonra onlarla görüşdən danışdı.
Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Sürəqa həmin sümük məktubu ilə Peyğəmbərə gəlib İslamı qəbul etdiyini bildirdi. İran üzərində qələbədən sonra şah sarayının xəzinələri Mədinəyə daşınan zaman xəlifə Ömər qənimətlər arasında bilərzikləri görüb Sürəqa hekayəsini xatırladı. Onu çağıraraq, ona fars şahının paltarı geyindirdi, tacını taxdı və Məhəmməd peyğəmbərin Sürəqaya vəd etdiyi bilərzikləri verdi.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:VII əsr ərəbdilli şairlər Kateqoriya:Ərəb şairlər Kateqoriya:Qureyş