Ereksiya halqası (ing. - cock ring) - ereksiyanı daha güclü hala gətirmək və ya müddətini uzatmaq üçün nəzərdə tutulmuş penisin ətrafına taxılan halqa. Ereksiya halqası orqazmın intensivliyini də əhəmiyyətli dərəcədə artıra bilər. Seks oyuncaqlarından biri hesab olunun ereksiya halqaları dəri, metal, plastik, kauçuk, silikon kimi müxtəlif materiallardan hazırlana bilər.

Risklər Ereksiya halqası satıcıları və tibbi mənbələr ereksiya halqasının 30 dəqiqədən çox taxılmamalı olduğunu vurğulayırlar. Bu müddətdə yuxuya getmək və ya narkotik istifadə etmək təhlükəlidir. Penisin keyiməsi, soyuması və ya ağrıması problemlərin başlamasına işarədir. Belə hislər yarandıqda ereksiya halqası mütləq çıxarılmalıdır.

Həmçinin bax

Seks yelləncəyi Anal tıxac

İstinadlar

Kateqoriya:Seks sənayesi Kateqoriya:Cinsi əlaqə Kateqoriya:Seks oyuncaqları Kateqoriya:Penis