Nəşirvan Mustafa (; ) — kürd əsilli İraq siyasətçisi və yazıçısı.
Erkən illəri Nəvşirvan Mustafa 22 dekabr 1944-cü ildə İraqın Süleymaniyyə şəhərində anadan olmuşdur. O, Süleymaniyyədəki Kral Faysal Məktəbində təhsil almış və kiçik yaşlarında xüsusi müəllimlər tərəfindən xarici dillərdən dərs almışdır. Mustafa Bağdad Universitetində siyasi elmlər üzrə təhsil almışdır.
Siyasi fəaliyyəti O, 1960-cı ildə Kürdüstan Demokrat Partiyasına (KDP) qoşulmuş, orada gənclər şöbəsində çox fəal olmuşdur. Mustafa siyasi büroda Bərzaninin əleyhdarları ilə müttəfiq olmuş və KDP parçalanmadan əvvəl partiyanı tərk etmişdir.Edmund Ghareeb, Beth Dougherty, 1970-ci ildə Bağdad İnqilab Məhkəməsi Mustafaya ölüm hökmü çıxarmışdır. Nəticədə, o, Avstriyaya sürgünə getmiş və burada Vyana Universitetində beynəlxalq hüquq təhsili almışdır.Michael M. Gunter,
1975-ci ilin iyununda Cəlal Tələbaninin ümumi rəhbərliyi altında Mustafanın da tərkibində olduğu "Komala" Əli Əskərinin rəhbərlik etdiyi Kürdüstan Sosialist Hərəkatının birləşməsi nəticəsində yaradılmışdır. Mustafa 1970-ci illərin sonundan 1990-cı illərin əvvəllərinə qədər Peşmərgə qüvvələrinin komandanı olmuş, İraqın BƏƏS ordusuna qarşı gerilla müharibəsinə rəhbərlik etmişdir.Tareq Ismael, The Rise and Fall of the Communist Party of Iraq (Cambridge: Cambridge University Press, 2008), p. 201. Daha yaxşı təchiz edilmiş İraq ordusuna ciddi ziyan vurulduqdan sonra BƏƏS hökuməti kimyəvi silahlardan istifadə etməyə başlamışdır. Sinir-paralitik maddələr və xardal qazı kimi bioloji silahlardan istifadə edən Səddam Hüseyn 1987-ci ilin əvvəlində Ənfal əməliyyatına start vermişdir.Fazil Moradi (2016) "The Force of Writing in Genocide: On Sexual Violence in the al-Anfāl Operations and Beyond." in Gender Violence in Peace and War: States of Complicity, 102–115, edited by Victoria Sanford, Katerina Stefatos and Cecilia Salvi. New Brunswick, NJ and London: Rutgers University Press..Fazil Moradi (2017) "Genocide in Translation: On Memory, Justice, and Future Remembrance." in Memory and genocide: on what remains and the possibility of representation, edited by Fazil Moradi, Ralph Buchenhorst, and Maria Six-Hohenbalken London and New York: Routledge.Faraidoun Moradi, Mia Söderberg, Fazil Moradi, Bledar Daka, Anna-Carin Olin, Mona Lärstad. (2019) "Health Perspectives among Halabja’s Civilian Survivors of Sulfur Mustard Exposure with Respiratory Symptoms—A Qualitative Study" PLOS ONE 1–16.
1991-ci ilin yazında Mustafa planını işə salmış və 7 martda Raniyə şəhərini İraq qüvvələrinin əlindən almışdır. O, 21 mart 1991-ci ildə Kərkük döyüşü ilə sona çatan əməliyyata rəhbərlik etmişdir. Mustafa üsyanın təşkilatçısı hesab edilir. Onun siyasi fəaliyyəti nəticəsində Kürdüstan Regional Hökuməti qurulmuşdur.
Şəxsi həyatı Nəşirvan Mustafa ana dilləri soran və kurmanc ilə yanaşı, ərəb, fars, ingilis və alman dillərini də mükəmməl bilirdi. O, 1982-ci ildə ailə həyatı qurmuş, iki oğlu və bir qızı var. Mustafa 19 may 2017-ci ildə, 72 yaşında Süleymaniyyə şəhərində xəstəlikdən vəfat etmişdir.
Əsərləri
İstinadlar
Kateqoriya:İraq siyasətçiləri Kateqoriya:Kürd siyasətçilər Kateqoriya:Kürd yazıçılar Kateqoriya:Kürd milliyyətçiləri Kateqoriya:Kürd inqilabçılar Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları