Məhəmməd Əmin Zəki (; ) — kürd yazıçısı, tarixçisi və siyasətçisi.

Həyatı Məhəmməd Əmin Zəki 1880-ci ildə Osmanlı imperiyasının Süleymaniyyə şəhərində anadan olmuşdur. O, Süleymaniyyə Hərbi Məktəbi və Bağdad Hərbi Liseyində təhsil aldıqdan sonra 10 fevral 1902-ci ildə Osmanlı Hərbi Akademiyasından məzuz olaraq Osmanlı ordusuna qatılmışdır.G. F. Clayton, R. O. Collins, An Arabian Diary, 379 pp., University of California Press, 1969, p.340 Məhəmməd Əmin Zəki 11 yanvar 1905-ci ildə İstanbuldakı Osmanlı Hərbi Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. O, daha sonra Osmanlı ordusunda qərargah zabiti kimi xidmət etmişdir.P. G. Kreyenbroek, S. Sperl, The Kurds: A Contemporary Overview, 250 pp., Routledge Publishers, 1992, , p.197 Məhəmməd Əmin Zəki Bağdad Hərb Tarixi kafedrasını tərk etmiş və 23 iyul 1923-cü ildə İraq Hərbi Akademiyasında mühazirələr oxumağa başlamışdır. O həmçinin, 1920-ci illərdə Britaniya mandatı altında İraq administrasiyasında çalışmışN. Méouchy, P. Sluglett, The British and French Mandates in Comparative Perspectives, 743 pp., BRILL Publishers, 2004, , p.589 və 1928-ci ildə müdafiə naziri təyin edilmişdir.P. Sluglett, Britain in Iraq: Contriving King and Country , 318 pp., I.B. Tauris Publishers, 2007, , p.117 Onun kürd xalqı və dövlətlərinin tarixinə dair iki cildlik kitabı bu mövzuda məşhur əsərlərdən biridir olmuş, ingilis və ərəb dillərinə tərcümə edilmişdir.L. Meho,' The International Journal of Kurdish Studies: a cumulative index, 1986-2002 . Məhəmməd Əmin Zəki 1944-cü ilin dekabrından 1946-cı ilin iyununa qədər Deputatlar Palatasının sədri olmuşdur. O, 1948-ci ilin iyulunda İraqın Süleymaniyyə şəhərində vəfat etmişdir.Mihemed Emîn Zekî Beg, Dîroka Kurd û Kurdistanê, Avesta, İstanbul, 2002, , p. 4.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kürd yazıçılar Kateqoriya:Kürd tarixçilər Kateqoriya:Kürd siyasətçilər Kateqoriya:Kürd dilində yazan yazıçılar Kateqoriya:Osmanlı tarixçiləri Kateqoriya:İraq nazirləri