Savoyyalı Bona () () — Milan hersoqu Qalezzo Mariya Sforzanın ikinci xanımı, Milan hersoqinası. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır.
1464-cü ildə İngiltərə kralı IV Eduardla nişanlanması müzakirə edilsə də, kralın Elizabet Vudvillə gizlicə evlənməsi bu planı pozdu. Ardından 9 may 1468-ci ildə Milan hersoqu Qalezzo Mariya Sforzayla evləndirildi və bu nikahdan 4 övladı dünyaya gəldi. Savoyyalı Bona gələcəkdə qızlarından birinin onun oğlanlarından biriylə evlənməsinə qarşı çıxaraq İngiltərə kralından intiqamını almış oldu.
Ancaq ərinin 26 dekabr 1476-cı ildə əsilzadələr tərəfindən öldürülməsinin ardından 7 yaşlı oğlu hersoq elan edildi. Savoyyalı Bona isə bir çox əsilzadənin etirazlarına baxmayaraq oğlunun taxt naibi olaraq 1481-ci ilədək fəaliyyət göstərdi. Daha sonra artan siyasi gərginlik səbəbilə Fransaya qaçmağa cəhd etsə də, ələ keçirildi və Pyemont yaxınlığındakı qəsrlərdən birində ölümünədək həbs tutuldu.
Mənbə Caterina Santoro, Gli Sforza, Tea Storica, pp. 224–225 Daniel M. Bueno De Mesquita (1969). "Bona di Savoia in Dizionario Biografico degli Italiani"
İstinadlar