Zəfərnamə (, "Zəfər kitabı") — İran şairi Həmdullah Qəzvininin (1281–1339/1340) yazdığı epik poema. 75 min beytdən ibarət epik hekayə İranın ərəb işğalından monqol hakimiyyətinə qədərki tarixini araşdırır. Qəzvinini bu əsəri yazmağa vəzir və tarixçi Rəşidəddin Həmədani ruhlandırmışdır. Əsər Firdovsinin "Şahnamə"sinin davamıdır. Qəzvini əsəri yazmağa 1320-ci ildə başlamış və işini 1334-cü ildə tamamlamışdır.
Mənbə İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat
Kateqoriya:Fars dilində poemalar Kateqoriya:Fars ədəbiyyatı Kateqoriya:Fars mifologiyası Kateqoriya:XIV əsrin kitabları