250px|thumb|right|Bu animasiya bir ay ərzində ayın bir çox simulyasiya edilmiş görünüşlərini nümayiş edir.

Librasiya ( — "rəqsetmə") — Ayın öz mərkəzi ətrafında zahiri rəqsi. Bu zaman Ayın diski üzərindəki ləkələr gah bu, gah da digər tərəfə hərəkət edir. Ayın librasiyasının növləri:

Parallaktik — 1° olub, müşahidə istiqamətinin dəyişməsindən alınır. Enlik üzrə — ən çox qiyməti 6°41′ olub, Ayın ırlanma oxunu onun orbit müstəvisinə meyilli olmasından alınır. Uzunluq üzrə — ən çoxu 7°45′ olub, Ayın öz oxu ətrafında bərabər, Yerin ətrafına isə qeyri-bərabər sürətlə ırlanmasından alınır. Fiziki (həqiqi) — 2′ olub, Ayın Yerə tərəf olan diametriin onun orta diametrindn uzun olması və Yeirn cazicə qüvvəsinin Ayı həmişə özünə tərəf çevirməyə cəhd etməsi nəticəsində alınır.

İstinadlar

Kateqoriya:Ay Kateqoriya:Göy mexanikası