Akkad və ya Aqade (, A-ga-de3ki; , URIKI) — Cənubi Mesopotamiyanın şimalında, Sippar (indiki Abu Habba) yaxınlığında qədim şəhər. Babilistanın sami əhalisinin yaşadığı şəhərlərdən biri olmuşdur. Akkadın yeri hələlik dəqiq məlum deyil. E.ə. 2,300-cü ildə Sarqonun yaratdığı Akkad dövlətinin paytaxtı olmuşdur. E.ə. təqribən 2,200-cü ildə Akkadı yarımköçəri quti tayfaları dağıtmış, o vaxtdan Babil şəhəri Cənubi Mesopotamiyanın əsas mərkəzi olmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Yaxın Şərqdəki qədim şəhərlər Kateqoriya:Akkad Kateqoriya:İraqdakı arxeoloji abidələr Kateqoriya:Mesopotamiya