Dastan () — 23 noyabr 2021-ci ildə başlayan,15 sentyabr 2022-ci ildə bitən tarix və fiksiya janrlı türk serialıdır. Serial, qədim türklərin "Ağqız dastanı"na əsaslanır. 28 seriyadan ibarətdir.

Süjet VIII əsr. Türklərin İslamı qəbul etməsindən əvvəl. Dağ xanın nəslinin qurduğu Dağ xanlığı və Göy xanın nəslinin qurduğu Göy xanlığı arasında mübarizə gedir. Buna səbəb, rusların və çinlilərin türkü türkə qarşı qoymasıdır. Bunu görən Dağ xanlığından Ağqız və Göy xaqanı Alpaqu xanın oğlu Batuqa Tegin Turanı qurub türkləri rusların və çinlilərin fitnəsindən xilas etməyə çalışır. Bu məsələdə onlara ən çox Batuqanın qardaşı Temur tegin yardım edir.

Rollarda

Ebru Şahin — Ağqız — Baş qəhrəmandır. Dağ xanlığındandır. Edip Təpəli — Batuqa — Göy xanlığının teginidir (şahzadəsidir). Səlim Bayraqdar — Alpaqu xan — Göy xanlığının xanıdır Kanbolat Görkəm Arslan — Saltuq bəy — Göyün yasavuludur Teoman Qumbaracıbaşı — Balamir bəy — Göy xanlığının qərb yabğusudur. Alpaqunun qardaşıdır. Dəniz Barut — Ulu Ece (Prinsessa Vera) — Alpaqunun arvadıdır. Göyün Ulu Ecesidir (Baş xatunudur). Temurla Qaya teginləri anası. Rus knyazının qızıdır. Varyaqdır. Əlif Doğan — Tutqun xatun Engin Benli — Obar — itbarakların başçısıdır. Alpər Düzən — Danış Ata — Göyün baş vəziridir. Berik Aytjanov — Li Dan — Tan sülaləsindən Çin imperatorudur. Mərd Öyüd — Pars — İtbarak komandanıdır

və digərləri