Alagöllər — Azərbaycanın Laçın rayonunun şimal-qərbində, Qarabağ yaylasında dağ. Sönmüş vulkan konusudur. Hündürlüyü 3,175 metrdir. Subalp və alp çəmənlikləri var. Laçın rayonunun mərkəzi 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyinə görə dağın yerləşdiyi ərazi erməni işğalı altında idi. 1 dekabr 2020-ci tarixində Azərbaycan tərəfindən azad edilmişdir.

İstinadlar

Kateqoriya:Laçın rayonunun dağları Kateqoriya:Dağ zirvəsi – üçminliklər