Sultanhəmid Şahmərdan oğlu Hacıbalayev () — Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi.
Həyatı Sultanhəmid Hacıbalayev 3 yanvar 1937-ci ildə tarixində Həzrə kəndində kəndli ailəsində anadan olmuşdur, milliyətcə ləzgidir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında Ali Partiya Məktəbini bitirmişdir.
O, 3 yanvar 2009-cu ildə vəfat etmişdir.
Siyasi fəaliyyəti 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
1957–1965-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsinin mühəndis-iqtisadçısı, Naxçıvan MSSR yerli sənaye nazirinin müavini, 1965–1970-ci illərdə Naxçıvan MSSR Dövlət Plan Komitəsi sədrinin müavini, Xalq Nəzarəti Komitəsinin sədr müavini vəzifələrində işləmişdir.
1970–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.
VIII çağırış Azərbaycan SSR Ali Sovetinin səhiyyə və ictimai təminat komissiyasının və Azərbaycan Kommunist Partiyası təftiş komissiyasının üzvü olmuşdur.
Mənbə
İstinadlar
Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Ləzgiəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər