Xəlili () — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi.
Həyatı Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır. 1407-ci ildə Təbriz və ya Diyarbəkirdə anadan olub. Təzkirəçilər onu gah Diyarbəkirdən, gah da diyari-Şərqdən hesab edirlər. Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədilə Osmanlı imperiyasına köçüb.
Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub.
Xəlil 1485-ci ildə İznikdə vəfat edib. 1485-ci ildə İzniqdə vəfat edəndə şairin yaşı səksənə yaxın imiş. Ədəbiyyat tarixçisi Əliyar Səfərli "Qədim və Orta Əsrlər Azərbaycan Ədəbiyyatı Tarixi" əsərində Xəlilinin təxminən 1408-ci ildə anadan olduğunu yazır.
Yaradıcılığı Xəlilinin şeirlərində Əvhədi Marağalı və İmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib.
1334 beytdən ibarət və müxtəlif üslubda (qəzəl, müxəmməs, mürəbbe və s.) şeirləri özündə əks etdirən "Fürkat-namə" (Fürkatnâme, Firkat-nâme və ya Firak-nâme) (1471–1472) məsnəvisi ilə məşhurdur. "Fürkat-namə"nin lirik qəhrəmanı Xəlilinin özü olmasına baxmayaraq, şeirin əsl qadın sevgisindən, yoxsa mistik məhəbbətdən bəhs etdiyi barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur:Kut, Günay (1977). "Fürkat-nâme". TDAY Belleten. 335.Bu mənə biçarə dərvişi dilruş Qərib bikəs biyar bihuş Onun cəsədi çarmıxa çəkilərək yarğılanıb Qəlbi Hicran əlindən təmizlənir Əcəm mülkündə idum elmlə məşğuldur Mən gah fiqh, gah məkul oxuyurdum Tarixi zuhdi muxtarı oldum Ey sülh əhli, mənə lütf edin Yurdum gah mədrəsə gah məscid Hikmət nuru dilimdə ləmi oldu Məgər, kimə nə etdim? Gahi süğl oldum, gahı taət Dünən elm öyrənmək mənim üçün xoş idi Əməlləri yerinə yetirmək caiz idi Xəlilinin ikinci məşhur əsərinin "Divan" olduğu deyilir. Lakin Osmanlı dövrü ədəbiyyatyı tədqiqatçıları (Yavuz 1972: 168) əsərində şairin çoxşaxəli bir divanı olduğu qeyd olunsa da, "Aşıq Çələbi yaradıcılığı" əsərində "Fürkat-namə"nin xalq arasında "Divani Xəlili" adı ilə məşhurlaşdığı bildirilir. Ona görə də qeyd etmək lazımdır ki, bu gün əlimizdə olmayan Xəlili "Divanı"nın varlığı ilə bağlı Aşıq Çələbinin verdiyi başlıqdan qaynaqlanan çaşqınlıq ehtimalı var. Lakin "Fürkat-namə"dəki aşağıdakı qoşma Xəlilinin divan yazmış ola biləcəyini ehtimalını yaradır:Kut, Günay (1977). "Fürkat-nâme". TDAY Belleten. 333–353.Xəlili Rahi İşıqda nə çətinliyə düşdü? Pis göz etsən, kitab-i divanımıza məlum olsun
İstinadlar
Kateqoriya:XV əsr şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Azərbaycan şairləri