Kristofer Keytsbi "Kit" Harinqton (; ) — Britaniya aktyoru. Daha çox “Taxt-tac oyunları” teleserialında Con Snou rolunun canlandırmasında məşhurluq qazanıb.

2017-ci ildə o, “Taxt-tac oyunları” serialının bir epizodu üçün 1,1 milyon dollar qazanaraq televiziyada ən çox qonorar alan aktyorlardan biri oldu.

Həyatı

Harinqton Londonun Akton rayonunda keçmiş dramaturq Debora Ceyn Keytsbi və iş adamı 15-ci baronet ser Devid Riçard Harinqtonun ailəsində anadan olub. Anası onu Kristofer Marlonun şərəfinə adlandırmışdı (Harinqton bu adın qısadılmış Kit formasını istifadə etməyi üstün tutur). Kitin əmisi Ser Nikolas Con Harinqton 14-cü baronet Harinqtondur, ata tərəfdən ulu babası isə Ser Riçard Harinqton 12-ci baronet idi.

Ata tərəfdən nənəsi Lavender Sesilia Denni tərəfindən, kral II Karlın 10-cu nəslindəndir. Həmçinin o, ata tərəfdən şotland siyasətçisi , 1-ci Vikont Melvilin nəslindəndir.

Harinqton 1992-1998-ci illərdə Sautfild İbtidai Məktəbində oxuyub. 11 yaşında olanda ailəsi köçür və o, 2003-cü ilə qədər Martley Mərkəzi Məktəbində oxuyurdu. 14 yaşında “Qodonu gözləyərkən” tamaşasına baxandan sonra aktyorluğa maraq yaranır və bir neçə məktəb tamaşasında iştirak edir.

O, Vuster kollecində 2003 - 2005-ci illərdə dram və teatr üzrə təhsili almışdır. 2004-cü ildə Hamlet rolunu oynamasından ilhamlanan on yeddi yaşlı Harinqton aktyorluq məktəbinə getməyə başlayır. 18 yaşında Londona köçür, bir il sonra oxumağa başlayır və 2008-ci ildə oranı bitirir..

Şəxsi həyatı

Kit Harinqtonun 2012-ci ildən "Tax-tac oyunları" serialında oynayan həmkarı ilə münasibətdə olduğu 2016-cı ildə rəsmən təsdiqləndi. Harinqton və Lesli 2017-ci ildə birlikdə yaşamağa başlayırlar. 2017-ci ilin sentyabrında onlar The Times'da nişanlandıqlarını elan etdilər. Toy mərasimi 23 iyun 2018-ci ildə Lesli klanının ailə qalasında keçirildi. 26 sentyabr 2020-ci ildə cütlüyün ilk övladını gözlədikləri məlum oldu. 2021-ci ilin fevralında Kit Harinqton və Rouz Lesli ilk dəfə valideyn oldular. Cütlüyün bir oğlu dünyaya gəldi.

2019-cu ilin yazında Harinqton klinikada müalicə almağa başlayır. O, "Taxt-tac oyunları" serialın çəkilişləri zamanı keçirdiyi təzyiq və əsəb böhranından danışmışdı.

Harinqton futbol izləyicisidir və Mançester Yunayted FK azarkeşidir.

Filmoqrafiya

Filmin ili Filmin azərbaycanca adı Filmin orijinal adı Rol2011 - 2019t.sTaxt-tac oyunlarıGame of ThronesCon Snou2012fSaylent Hill 2Silent Hill: Revelation 3DVinsent2014fPompeyPompeiiMaylo2014c.fƏjdahanı necə ram etmək 2How to Train Your Dragon 2 Eretın oğlu Eret (səs) 2014fGələcək Haqqında XatirələrTestament of YouthRoland Leyton2014k.oGame of ThronesGame of Thrones: A Telltale Games SeriesCon Sonu (səs)2014fYeddinci oğulSeventh SonUilyam Bredli2015t.fCəhənnəmdə 7 gün7 Days in HellÇarlz Pul2015fKabuslar: Böyük yaxşılıqSpooks: The Greater GoodUill Holovey2016fCəhənnəm BrimstoneSamuel2016k.oCall of Duty: Infinite WarfareSalen Koç (səs)2017t.sBarıtGunpowderRobert Keytsbi2018fCon F. Donovanın ölümü və həyatıThe Death & Life of John F. DonovanCon F. Donovan2018c.fZoqZogSir Gadabout (səs) 2019c.fƏjdahanı necə ram etmək 3How to Train Your Dragon 3Eretın oğlu Eret (səs) 2020t.sCinayətkar: Böyük BritaniyaCriminal: UKAleks2021fƏbədilərEternalsDeyn Uitman2021t.sMüasir sevgiModern LoveMaykl

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Britaniya aktyorları Kateqoriya:Britaniya şəxsləri Kateqoriya:Film aktyorları Kateqoriya:İngiltərə aktyorları Kateqoriya:Teatr aktyorları Kateqoriya:Televiziya Kateqoriya:Televiziya aktyorları Kateqoriya:XXI əsr Böyük Britaniya aktyorları