Baron Yulius Evola (tam adı: Culio Çezare Andrea Evola, ; ) — İtalyan ezoterik filosofcu, yazıçı, şair, rəssam, kulturoloq və siyasi xadim. İnteqral tradisyonalizmin nümayəndələrindən biri, ezoterizm və okkultizm üzrə bir sıra əsərlərin müəllifidir. Bir sıra tədqiqatçılar onu neofaşizm ideoloqu kimi olaraq görürlər"Down to the time of his death in 1974, Evola stood as the leading intellectual of neofascism and/ or the radical right in all Europe". — Payne S. G. A History of Fascism, 1914–1945Рафал Панковський "Батьки-відновники": Мослі, Евола, Деґрель, Бардеш Модржинская Е. Д. Критика идеологии неофашизма. Мысль, 1976. С. 100Филатов М. Н., Рябов А. И. Фашизм 80-х: политический анализ современного ультраправого, крайне реакционного движения в странах Западной Европы. Алма-Ата: Казахстан, 1983. — 354 с.Nicholas Goodrick-Clarke A. James Gregor. The Search for Neofascism "Evola, as one of the few, provided the texts that became one of "the most important" sources for the neofascism that arose out of the ruins of the Second World War".. Evolanın yazıları Avropada və dünyanın digər yerlərində sağçı ideologiyanın bir çox nümayəndələrinə təsir göstərmişdir.

Həyatı

Erkən illəri Evola Romada anadan olmuşdur, valideynləri Siciliyalı aristokratlar idi. Deyilənə görə ailəsi ispan və alman mənşəli olmuşdur. Roma Sapientsa Universitetinin Mühəndislik fakültəsini bitirmiş, lakin diplomdan imtina etmişdir, bunun da səbəbini belə vurğulamışdır: "Özümü heç bir şəkildə burjua akademiyasında və doktor ya da mühəndis kimi titullarla əlaqələndirmək istəməmişəm"Paul Furlong, The Social and Political Thought of Julius Evola . London: Routledge, 2011. Julius Evola, Il Camino del Cinabro, 1963.

Evola yeniyetməlik illərində rəssamlıq və ədəbiyyatla məşğul idi. Bu dövrdə o yazıçılardan Oskar Vayld və Qabriele Dannunsio, fəlsəfədən isə Fridrix Nitsşe, Otto Veyninqer, Karlo Mikelştedter və Maks Ştirnerdən təsirlənmişdir.Roger Griffin, Matthew Feldman. Fascism: Post-war fascisms. Taylor & Francis, 2004. p. 219

Birinci Dünya müharibəsində Evola Aziago yaylasında artilleriya zabiti kimi xidmət etmişdir. Müharibədən sonra avanqard incəsənət ilə məşğul oldu və Filippo Tommaso Marinettinin Futurizm hərəkatına qoşuldu. Rəssamlığı, poeziyası və qısa ömür sürən Revue Bleue jurnalında yazdığı məqalələrlə, İtaliyada dadaizmin görkəmli nümayəndələrindən biri oldu. 1922-ci ildə avanqard sənətin kommersiyalaşdığı və akademik konvensiyalarla dəyəri düşməsinin qənaətinə gəldikdən sonra o, rəsm və poeziya kimi bədii ifadəyə diqqətini azaltdı.

O, sonradan Rene Genonun əsərləri ilə tanış olur və "Faşist tənqidi" jurnalında yazıçı olaraq işləyir. Həmin dövrdə o katolik dairələrin tənqidinə məruz qalmış "Paqan imperializmi" əsərini burdaykən nəşr edir.

Yetkinlik, faşizm dövrü 1924–1925-ci illərdə Evola Romada okkultist Arturo Reqininin buraxdığı "Atanor" və "İqnis" jurnallarında fəal yazıçılıq işləri görürNicholas Goodrick-Clarke. , 2002 — ISBN 0-8147-3155-4.

Evola öz jurnalı olan "Qüllə" () çap etməyə başladı, lakin onuncu buraxılışından sonra bağlandı. Jurnalın ilk nəşrinin bir məqaləsində filosof belə vurğulayır: "Faşist, kommunist, anarxist, yaxud demokratik quruluşlarda asılı olmayaraq, bizim üçün tamamilə eyni olan prinsipləri müdafiə etməkdir. Bu prinsiplər öz-özlüyündə siyasi səviyyədən çoxdur, lakin bunların tətbiqində keyfiyyətli şəkildə fərqləndirmək lazımdır, yəni iyerarxiya, avtoritet və imperiya ideyalarının ən geniş mənada təsdiqini tələb edir".

1934-cü ildən 1943-cü ilədək, o "Faşist sistem" jurnalında daimi rubrikanı ("Fəlsəfə dioraması") rəhbərlik edib, onun naşiri Mussolininin həmkarlarından biri, Böyük Faşist Şurasının üzvü Roberto Farinaççi olub.

1938-ci ildə Rumıniyaya səfər zamanı "Dəmir qvardiya"nın lideri olan Korneliu Zelya Kodryanu ilə tanış olub. Çoxsaylı ifadələrinə görə, bu səfər həm "Legion" (Qvardiyanın ikinci adı) təşkilatına, həm də legionerlərin "Kapitan" adlandırdıqları Kodryanu şəxsiyyətinə heyran olan Barona unudulmaz təsir bağışladı. Nəticədə, Rumın filosofunun bir çox ideyaları Evolanın əsərlərində öz əksini tapıb və onun arzu etdiyi "Aryan-roman arxetipi" "Kapitan"da özünü göstərirdi.

İstinadlar

Kateqoriya:Roma Sapientsa Universitetinin məzunları Kateqoriya:İtaliya şairləri Kateqoriya:İtaliya yazıçıları Kateqoriya:İtalyan yazıçılar Kateqoriya:XX əsr İtaliya siyasətçiləri Kateqoriya:Atlantida tərəfdarları Kateqoriya:İtaliya rəssamları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Roma şəxsləri Kateqoriya:İtaliya filosofları Kateqoriya:Mədəniyyət filosofları Kateqoriya:Okkultistlər Kateqoriya:Monarxistlər