Sera Kadıgil () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Sera Kadıgil 29 noyabr 1984-cü ildə İstanbul şəhərində anadan olub. Orta təhsilini Vəfa liseyində alıb. 2007-ci ildə İstanbul Universitetinin Hüquq bölməsindən məzun olub. 2010-cu ildə həmin universitetdə özəl hüquq üzrə magistr dərəcəsi alıb. Magistr dissertasiyası London Kraliça Meri Universitetində film əsərləri haqqında apardığı tədqiqatlar nəticəsində hazırlanıb. Hazırda İstanbul Universitetində PhD dərəcəsi üzrə təhsilini davam edir.

İstanbul Vəkillər Kollegiyasının Heyvan hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.

İngiliscə bilir. Evlidir.

Siyasi fəaliyyəti 2011-2012-ci illərdə Cümhuriyyət Xalq Partiyası Qadın qolları İdarə Heyətinin üzvü olub. 2014, 2016 və 2018-ci illərdə CHP Məclisinin üzvü seçilib.

2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışının deputatı seçilib. TBMM Qadın və Kişilər üçün Bərabər Cəmiyyət Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

25 iyun 2021-ci ildə Cümhuriyyət Xalq Partiyasından istefa verib və Türkiyə İşi Partiyasına üzvü olub. TİP sözçüsü və İdarə Heyətinin üzvüdür.

2023-cü il mayın 14-də Türkiyə İşi Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları