Leobank — Azərbaycan neobankı. 2021-ci ildə istifadəyə verilmiş Azərbaycanın "Unibank" kommersiya bankının mobil tətbiqidir.
Tarixi "Leobank" Azərbaycanda rəqəmsal bankçılığın inkişafı məqsədi ilə Dmitri Dubiletin "Fintech Farm" şirkəti tərəfindən Azərbaycan Kommersiya Bankı "Unibank" (Unibank) ilə birlikdə ərəsəyə gətirilmişdir.
"Leobank"ın istifadəyə verilməsi 2021-ci ilin avqustunda, öncədən sifariş kampaniyası ilə baş tutmuşdur. Noyabr ayında kart sifarişi bütün müştərilər təqdim olunmuşdur. Leobank kartları ilə müştərilər birbaşa tətbiqdə kredit limiti əldə edə, şəxsi vəsaitlərinizi saxlaya, keşbek ala və müxtəlif ödənişlər edə bilərlər.
2022-ci ilin yanvar ayında bank müştərilərinin sayı 100 mini ötmüşdür. "Unibank"ın 2022-ci ilin yanvar ayı üzrə hesabatına əsasən, "LeoBank" mobil tətbiqindən gündə 35,400 müştəri istifadə edir.
İstinadlar
Kateqoriya:Azərbaycan bankları