Anatoli Mixayloviç Adoskin (; ) — SSRİ və Rusiya aktyoru, Rusiyanın xalq artisti (1996).

Həyatı Anatoli Mixayloviç Adoskin 23 noyabr 1927-ci ildə Moskva şəhərində anadan olmuşdur. O, 1942–1943-cü illərdə avtonəqliyyat texnikumunda təhsil almışdır. Adoskin 1948-ci ildə Mossovet adına teatrın nəzdində teatr studiyasını bitirmiş, 1961-ci ilə kimi burada çalışmışdır. O, 1961–1965-ci illərdə "Sovremennik" teatr studiyasında (baş rejissor Oleq Yefremov), 1965–1968-ci illərdə Lenin Komsomol teatrında aktyor olmuşdur (baş rejissor Anatoli Efros). Adoskin 1968-ci ildən yenidən Mossovet teatrının aparıcı aktyoru olmuş və Yuri Zavadskinin quruluşunda tamaşalarda iştirak etmişdir.Энциклопедический словарь. 2009 . АДОСКИН Анатолий Михайлович.

Anatoli Adoskin filmlərdə əsasən ikinci plan rollarında çəkilmişdir: "Qızlar" filmində (1961) Dementyev, "TREST əməliyyatı" teleserialında (1967) Radkeviç, "Yeddi qoca və bir qız" komediyasında (1968) Sidorov, "Doktor Cekill və Cənab Haydin qəribə hekayəsi" filmində (1985) Atterson, "Axmaqlar evi" filmində qoca (2002) və başqaları.

Anatoli Adoskin 20 mart 2019-cu ildə Moskva şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Анатолий Адоскин на сайте театра имени Моссовета Анатолий Адоскин — Легенды Ленкома «Мешки с рукописями Цветаевой лежали у меня в гараже»

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Rusiyanın teatr pedaqoqları